• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qurumlarından əhaliyə bayram xəbərdarlığı

Dövlət qurumlarından əhaliyə bayram xəbərdarlığı
07.03.2018 23:45
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür. Martın 27-si isə iş günüdür.

Bayram günləri heç də hər kəs üçün istirahət günləri hesab edilmir. Bu günü işdə keçirənlər az deyil. Bir sıra qurumlar gücləndirilmiş rejimdə çalışacaq.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Sonxeber.az-a açıqlamasında "Azərişıq" ASC-nin əməkdaşları adi günlərdə olduğu kimi, bayram günlərində də gücləndirilmiş iş rejimində çalışacaqlarını bildirib:

Bakı şəhəri, ətraf kənd qəsəbələri, rayon, kənd və şəhərlər bayramqabağı enerji təchizatı ilə təmin olunacaq. Həmin günlərdə əlavə maşın mexanizmlər, ehtiyat hissələr əmkdaşalr ayrılacaq. Bayrma günlərində əhalinin problemsiz istirahəti üçün bütün zərurui tədbirlər həyat keçiriləcək. Müəyyən problem yaranarsa sakinlər 199 saylı çağrı mərkəzimizə müraciət edə bilərlrə. Hər yerin enerji təchizatı təmin ediləcək.Bayram günlərində yenidən qurma işlərimizi müvəqqəti dayandıracağıq.Bayram tədbirləri keçirilən məkanların enerji təchizatı dah çox diqqət mərkəzində olacaq. Bütün mənzillərin enerji təchizatı 100% enerji ilə təmin olunacaq.

"Azəristilik təchizat" ASC qurumun abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev bildirib ki, qurum əməkdaşları bayram günlərində vətəndaşlarımızın istiliklə bağlı problem yaşamamaları üçün növbətçilərimizin sayını artıracağıq:


İdarənin məsiul şəxslərindən bir neçəsi daha operativ nəzarət edəcək. qazanxanalarımız bayram günlərində eyni rejimdə işləyəcək. Martın 20-dən etibarən gücləndiirlmiş iş rejimi tətbiq olunacaq. Vətəndaşlarımızın bayram günlərində problemsiz istirahət edə bilmələri üçün bütn qəza –təmir xidməti, digər xidmətlər gücləndirilir, əlavə texnika, qruplar vətəndaş müraciəti olarsa dərhal müdaxilə edib aradan qaldıracaqlar.

"Azərsu" ASC -nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Sonxeber.az-a açıqlamasında bildirib ki, qurum əməkdaşları Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

"Bayram günlərində ASC-nin sədr müavinləri, departament müdirləri və şöbə rəisləri səviyyəsində 24 saatlıq iş rejimi olacaq. Martın 20-dən başlayaraq 27-ə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstəriləcək. İnsanların keyfiyyətli dayanıqlı su ilə təmin olunması üçün bütün rayonlarımızda növbətçilik təmin olunacaq. Həmin günlərdə problem yaranarsa sakinlərin "Azərsu"-nun 955 çağrı mərkəzinə zəng etmələri xahiş olunur".

Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev isə Sonxeber.az-a açıqlamasında bildiirb ki, Novruz bayramı ilə əlaqədar Bakı Metropoliteni normal rejimdə işləyəcək. Bayram günlərində sakinlər metrodan az istifadə etdiyinə görə biz gücləndirilmiş iş rejimində fəaliyyət rejimində çalışmayacağıq.

"Sərnişin sayı normal iş günlərinə nisbətən az olduğuna görə, yeni bir qrafikə keçməyə ehtiyac yoxdur. Bakı Metropoliteni qeyri- iş günlərində hansı qrafiklə çalışırdısa bayram günlərində də həmin qrafiklə fəaliyyət göstərəcək".
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol