• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-ya ağır itki

AMEA-ya ağır itki
08.03.2018 23:00
Tarixçi-etnoqraf, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə martın 8-də 70 yaşında vəfat edib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AzVision.az-a verilən məlumata görə, H. Q. Qədirzadə 1948-ci il may ayının 20-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olub.

O, 1971-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji İnstitutu) Naxçıvan filalını bitirib, 1971-1975-ci illərdə Cəhri kənd məktəbində müəllim işləyib. Tarixçi alim 1979-1986-cı illərdə AMEA-nın Regional Elm Mərkəzində (indiki Naxçıvan Bölməsi) kiçik elmi işçi, 1987-1992-ci illərdə Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, 1992-2002-ci illərdə isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 2003-cü ildən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini olub.


"Azərbaycanlılarda müasir ailə (Naxçıvan MSSR kənd rayonlarının materialları əsasında) ” mövzusunda namizədlik, "Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr (Naxçıvan materialları əsasında tarixi-etnoqrafik araşdırma)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edən H.Q.Qədirzadə 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. O, 1997-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim işləyib. AMEA-nın müxbir üzvü H.Q.Qədirzadə elmdə əldə etdiyi nailiyyətlərə görə 2009-cu ildə ölkə Prezidentinin Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol