• $
  • €
  • ₽
  • ₺
  • £

78 yaşlı Canəli Əkbərov: “Qarşımda rəqs edirlər...”

78 yaşlı Canəli Əkbərov: “Qarşımda rəqs edirlər...”
10.03.2018 16:19
Bu gün tanınmış xanəndə, xalq artisti Canəli Əkbərovun doğum günüdür.

78 yaşı tamam olan C. Əkbərov doğum günü təəssüratlarını AzVision.az-a bölüşüb. Yaşının üstünə yaş gəlsə də, özünü gümrah hiss edən xalq artisti doğum gününü ailəsi ilə birlikdə qeyd edəcəyini deyib.

"Ad günümü təbrik etmək üçün nəvələrim, nəticələrim evimizə yığışır. 14 nəvəm, 14 nəticəm var. Hamısı bir yerə toplaşanda bir toyun adamı olur. Onlar ad günümü təbrik edərək məni qucaqlayıb öpürlər, şeirlər qoşurlar, qarşımda rəqs edirlər. Xanımım da ad günümü süfrə açaraq təbrik edir. Süfrəmizdə cücə və badımcan ləvəngisi, çığırtma plov, nə istəsən hamısı olacaq. Ad günümü həmişə təmtaraqlı keçirirəm. İnsanları başıma yığmaqdan xoşum gəlir. Ancaq hədiyyə aşiqi deyiləm. Mən səmimiyyət, qayğı və gözəl söz aşiqiyəm. 

Dünən Mədəniyyət və İncəsənət Universitetinin kollektivi evimə gəlib, məni təbrik etdilər. Qəşəng süfrə açdıq, yeyib içdik ,söhbət etdik. Fəxr edirəm ki, 78 yaşı kişi kimi yola verdim. Böyük sənətkarlarla işlədim, ilham aldım. Ədəb-ərkanlı işləməyim, tələbələrimlə səmimiyyət qurmağım mənim üçün var- dövlətdir. 78-dən arxaya boylananda görürəm ki, bütün illər mənə əzizdir. Hər ilin dadı, uğuru olub” - Xalq artisti əməkdaşımızla söhbətində bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol