• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 1200 məktəbli abort etdirib - DƏHŞƏT

Azərbaycanda 1200 məktəbli abort etdirib - DƏHŞƏT
10.03.2018 14:55
"Son 3-4 ildə abort elətdirən məktəblilərin sayı 1200-ə çatıb”.

Anews.az xəbər verir ki, bunu big.az saytına açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov qeyd edib ki, abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir: 

"Təəsüflər olsun ki, orta məktəblərin idarə olunmasındakı ciddi boşluqlar daha təhlükəli fəsadlar yarada bilir. Belə ki, son illər ərzində rəsmi statistikalara nəzər saldıqda görürük ki, abort olanlar arasında az yaşlıların, məktəblilərin sayı çoxalır. Bu kimi halların baş verməsinin əsas səbəbi məktəblərdə nəzarətsizliyin hökm sürməsi, səlahiyyətli şəxslərin öz vəzifələrinin öhdəsindən lazımınca gəlməməsidir. Bu kimi halların baş verməsinə şagirdlərin fiziki inkişafla bağlı məlumatsızlığı da təsir göstərir. Şagirdlər arasında cinsi inkişaf, onun fəsadları ilə bağlı lazımi maarifləndirmə tədbirləri görmək lazımdır. Avropa və Amerika ölkələrində bununla bağlı xüsusi təlimçilər var. Amma biz yalnış olaraq düşünürük ki, bu şagirdlərə daha da açıq olmaq və beyinlərini oyatmaq kimi olacaq. Bu heç də belə deyil. Necə olur ki, hər gün siqaret əleyhinə, narkomaniya əleyhinə, erkən nikahlar əleyhinə təbliğatlar aparırırq, amma heç bir fəsad yoxdur, amma zorlama, cinsi istismar, onun fəsadları barədə təbliğat aparmaqdan qorxuruq. Əlbəttə ki, bunu qız və oğlan şagirdlərə fərqli olaraq marifləndirmək lazımdır. Əgər bu kimi tədbirlər görülsə, şagirdlər arasında abort hallarının sayı kəskin şəkildə azalacaqdır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol