• $
  • €
  • ₽
  • ₺
  • £

Baron İbo Bakıda tutuldu

Baron İbo Bakıda tutuldu
12.03.2018 16:30
Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-dən Axar.az-a verilən məlumata görə, əməliyyat nəticəsində Balaxanı qəsəbə sakini Nicat Məmmədov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 1 bükümdə çəkisi 2,519 qram narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı N.Məmmədova narkotik maddəni satanın kimliyinə də aydınlıq gətirilib və məlum olub ki, o heroini İbrahim adlı tanımadığı şəxsdən alıb. Əməliyyat-axtarış tədbiri nəticəsində bir müddətdir ki, Balaxanı qəsəbəsi və ora yaxın ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən, "Baron İbo" ləqəbli İbrahim Hüseynov da saxlanılaraq istintaqa təqdim olunub. Saxlanılan zaman İ.Hüseynovun cibindən 2,308, yaşadığı evdən isə hazır qablaşdırılmış formada satış üçün nəzərdə tutulan 515 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol