• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış vəkil dələduzluqda ittiham edildi

Tanınmış vəkil dələduzluqda ittiham edildi
12.03.2018 17:29
Tanınmış vəkil Tağı Hüseynov dələduqluqda ittiham olunur.

Bu barədə Axar.az-a Şəki şəhər sakini Səadət Vəkilova məlumat verib. Şikayətçi bildirib ki, 2 il öncə yaranmış mülki problemlə əlaqədar vəkil Tağı Hüseynovdan kömək istəyib. Vəkil ailənin Şəki şəhərində yaşamasına baxmayaraq, problemin onların xeyrinə həll edilməsini öhdəsinə götürüb:

"Vəkil Bakıda olsa da, proseslərə qatılmaq üçün Şəkiyə gələcəyini bildirdi. İş üçün ilk dəfədən ona 4000 manat pul ödədik. Şəkidə keçirilən prosesin birində iştirak etdi. Digər proseslərə özü gəlmir, köməkçisini göndərirdi. Proses uzandıqca vəziyyətin yaxşı olmadığın görürdük. Sonrakı proseslərə ümumiyyətlə köməkçisi də gəlmədi. Son məhkəmə prosesində vəkilsiz qaldıq. Dəfələrlə ona zəng edərək narahatlığımı bildirirdim, deyirdi narahat olmayın, köməkçim hər şeyi həll edəcək. Heç bir prosesdə iştirak etmədiyinə görə ona ödədiyim pulu geri istədim. 1500 manatını qaytardı və qalanını da verəcəyini bildirdi. Prosesdən iki il keçib, ancaq Tağı Hüseynov nə onda qalan sənədlərimizi geri verir, nə də pulumuzu”.

Zərərçəkən S.Vəkilova bildirib ki, vəkil ondan bununla bağlı mətbuata müraciət etməmək barədə xahiş edib:

"Yanvar ayında xahiş etdi ki, bu barədə mətbuata heç bir məlumat verməyək. Demişdi, fevral ayında pulumu geri qaytaracaq. Ancaq qaytarmadı, sənədlərimi də verməyib”.

Məsələ ilə əlaqədar vəkil T.Hüseynovla əlaqə saxlamağa çalışsaq da, köməkçisi onun Bakıda olmadığını bildirib. Vəkil məsələ ilə əlaqədar hələlik heç bir açıqlama verməyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol