Nigar Arpadarainin atasının evindən nə oğurlanıb?

Atamın evindən nə pul, nə də zinət əşyaları oğurlanıb.
Bu barədə anews.az-a "Baku Grand Prix”in mətbuat katibi Nigar Arpadarai bir sıra KİV-nin onun atası Cavid Arpadarainin qurbanı olduğu mənzil oğurluğu barədə məlumatlarını şərh edərkən deyib .
Qeyd edək ki, bəzi KİV-lər oğruların Cavid Arpadarainin bağ evinə basqın etdiyi, pul və zinət əşyalarının oğurlanması haqqında məlumat dərc edib.
Lakin məlum olub ki, bu məlumatlar həqiqətləri əks etdirmir. Oğruluq baş verib, amma bir neçə gün bundan əvvəl.
Nardaran qəsəbəsindəki şəxsi evin həyətindən oğurlanan pul və zinət əşyaları deyil, iki ədəd dekorativ səhəng olub.
Maraqlısı odur ki, bir neçə gündən sonra oğru səhəngləri yerinə qaytarıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























