• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Mir Şahinin müdafiəsinə qalxdı — "O ifadənin bəlli ünvanı var"

Deputat Mir Şahinin müdafiəsinə qalxdı — "O ifadənin bəlli ünvanı var"
13.03.2018 22:44
Milli Məclisin deputatı Fazil Mustafa tanınmış telejurnalist Mir Şahin Ağayevin müdafiəsinə qalxıb.

F.Mustafa Mir Şahin Ağayevin televiziya kanalı açmasını təqdir edib:

"Mir Şahin kimi sözün gerçək mənasında peşəkar və istedadlı bir media kapitanının televiziya kanalı açması çox müsbət haldır. Azərbaycan istedadlı və peşəkar insanların qıtlığını yaşayan ölkədir, olub-qalan az sayda istedadlıları da qaragüruhçu zehniyyətlə linç etməyə imkan tanımaq olmaz”.


Fazil Mustafa son günlər sosial şəbəkədə müzakirə mövzusuna çevrilən və Mir Şahin tərəfindən işlədilən "ananızı və bacınızı söyməyəcəm… sevəcəm” fikrinə də münasibət bildirib: 
"Mir Şahinin məlum ifadəsinə gəldikdə isə, bunu adamın şəxsiyyətini təhqir edənlərə qarşı işlətdiyni anlamaq çətindir? Anadan, bacıdan bixəbər hansısa düdəmənin biri durub adamın peşəkar fəaliyyətini tənqid etmək əvəzinə, anadan, bacıdan başlayıb adamın şəxsiyyətini təhqir edirsə, hətta Mir Şahinin bu formada cavab vermə haqqını da tanımaq istəmirsiniz?

Burada tərbiyəli və mədəni insanlara qarşı hansısa pis ifadə işlədilməyib ki? Ünvan bəlli, daha nədən rahatsızlıq yaranır? Kimisə sevməyə borclu deyilsiniz, fikrini, çıxışını bəyənmirsiniz tənqid edin, bu tamamilə sivil bir davranışdır. İndi adamın ailəsini, şəxsiyyətini təhqir edəndə deyirsiniz cavab da verilməsin? 

Mir Şahinə yeni və dar nəfəslikdə mümkün qədər ekoloji təmiz söz havası arzulayıram”.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol