Bakı və Abşeronda sürüşmə aktivləşib

Ölkə ərazisində müşahidə edilən yağışlı hava şəraiti Bakıda və Abşeron yarımadasında mövcud torpaq sürüşməsi sahələrinin nisbi aktivləşməsinə səbəb olub.
Bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, Zığ , "Zəli” gölü və Nübar qəsəbəsi sürüşmə sahələrində aktivlik müşahidə edilir.
"Son günlər havaların yağmurlu keçməsi ənənəvi sürüşmə sahələrində nisbi aktivliyə səbəb olub. Lakin Bayıl sürüşmə sahəsində vəziyyət stabildir və ciddi dəyişiklik yoxdur. Orada qoyulan mayaklarda, tirlərdə artım müşahidə edilməyib”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























