• $
  • €
  • ₽
  • ₺
  • £

22 nömrəli məktəbdə qalmaqal

22 nömrəli məktəbdə qalmaqal
17.03.2018 11:07
Direktor və müavini tərəfindən oğlunun döyüldüyünü iddia edən ata ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır,  bu barədə Axar.az-a açıqlama verən Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli məktəbin 9-cu sinif şagirdi Rauf Orucovun atası Nihad Orucov məlumat verib. N.Orucov bildirib ki, oğlunun direktor və onun müavini tərəfindən döyülməsi, oğlunun məktəbə polis nəzarəti ilə getməsi artıq onu narahat edir. Ata oğlu ilə bağlı yaşanan problemin birdəfəlik aradan qalxmasını istəyir:
 
"Direktor özünü müdafiə etmək üçün mənim uşağımın dərsdən qaçdığını, nizam-intizam qaydalarına riayət etmədiyini deyir. Buna görə məni dərsə çağırırlar. Məktəbin direktor müavini Novruz müəllim mənimlə əlaqə saxlayaraq oğlumun dərsdən yenə qaçdığını bildirdi. Məktəbə gedəndə isə məlum oldu ki, oğlum xəstəliyi ilə əlaqədar özünü pis hiss edib və icazə alıb. Dostlarının köməyi ilə məktəbdən çıxıb və yaxınlıqdakı aptekə aparıblar onu. Direktor müavini Alı Məmmədovdan icazə də alıblar. Aptekdə dərman alıb və özünə gələndən sonra yenidən dərsə qayıdıblar”.

N.Orucovun sözlərinə görə, məktəbin direktoru Azər Ələkbərov onlara qarşı qərəzlidir və bütün bunları qəsdən edir:

"Sabunçu rayonu 14-cü Polis Bölməsinin tədqiqatçısı Əşrəf Əzizovla sonuncu danışığım zamanı mənə bildirmişdi ki, toplanmış bütün materiallar prokurorluğa göndərilib. Məsələ nə yerdədir, məlumatım yoxdur. Artıq dözə bilmirəm. Narahatlıq keçirirəm oğluma görə. Bu problem nə vaxta qədər davam edəcək? Problemin həll edilməsi üçün ölkə rəhbərliyinə müraciət edəcəyəm”.

Qeyd edək ki, 28 fevral tarixində Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli tam orta məktəbin direktoru Azər Ələkbərov və onun müavininin məktəbin 9-cu sinif şagirdi Rauf Orucovu jilet geyinmədiyi üçün döydüyü deyilir.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol