• $
  • €
  • ₽
  • ₺
  • £

Lotu Quli həbsxanaya kimə görə zəng edib?

Lotu Quli həbsxanaya kimə görə zəng edib?
17.03.2018 20:20
Moskvada yerləşən və Avropanın ən böyük meyvə-tərəvəz bazası "Fud-Siti uğrunda krminal vəziyyət ən kəskin məqamına çatıb.

Lent.az-ın məlumatına görə, hər gün sübh tezdən hava qaralanədək bazarın həndəvərində Lotu Quliyə yaxın onlarla şəxs növbə çəkir. Onlar bazadakı bütün iri və orta səviyyəli iş adamlarına kimə xərac verəcəkləri ilə bağlı xəbərdarlıq edirlər.

Məlumata görə, bazada bir sıra maliyyə kanallarına nəzarət edən və Rövşən Lənkəranskinin qohumu kimi tanınan Zaur Əhmədov də mövqelərini itirməkdədir. Hazırda Zaurun 6 nəfər mühafizəçiylə gəzdiyi bildirilir. O, həmin mühafizəçilərlə birgə bazadakı ofisinə gəlir və gecə saatlarında da oranı tərk edir.

Moskvadakı hüquq-mühafizə orqanlarındakı mənbədən "Rosbalt" agentliyinə daxil olan məlumata görə, Zaur hər an sui-qəsdə məruz qala bilər. Bunu o, özü də gözəl başa düşür və məhz bu səbəbdən mühafizəsini gücləndirib.

Bu arada o da məlum olub ki, Lotu Quli İstanbuldan Moskvada yerləşən "Medvedkovo” həbsxanasına zəng edib. Mötəbər mənbədən adıçəkilən agentliyə bildirilib ki, Quli kriminal aləmdə Albert Rıjıy kimi tanınan Əli Heydərova şəxsən zəng edərək onun qanuni oğru adını əlindən aldığını bildirib. Albert Rıjıya bildirilib ki, o, həbsxanada qanuni oğru adı altında yatmayacaq.

Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu qanuni oğruları Andrey Miroyedov (Mirıç), Qiya Meoporiya (Qiya) və Saçino Qeqeçkori (Saçino) Quliylə telefon söhbətlərində Albertin "qanuni oğru" adının geri qaytarlmasını xahiş ediblər. Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol