Binəqədidə yanğın: Bina boşaldıldı

Bakıda yaşayış binasında yanğın təhlükəsi baş verib.
Report xəbər verir ki, hadisə Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 267 ünvanında qeydə alınıb.
Həmin ünvanda yerləşən yaşayış binasında tüstülənmə baş verib. Bu səbəbdən binaya elektrik enerjisinin verilməsi dayandırılıb. Binanın iki blokunun 50-dən çox sakini təxliyyə edilib.
Əraziyə 4 yanğınsöndürən maşın cəlb edilib. "Bakıelektrikşəbəkə" ASC-nin əməkdaşları elektrik naqillərindəki çatışmazlıqları aradan qaldırıblar və yanğın təhlükəsinin qarşısı alınıb. Hazırda ASC-nin əməkdaşları binaya elektrik enerjisinin verilməsini təmin edirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























