• $
  • €
  • ₽
  • ₺
  • £

Əfv Komissiyasına müraciətlərin arası kəsilmir

Əfv Komissiyasına müraciətlərin arası kəsilmir
19.03.2018 12:00
Növbəti əfv sərəncamının Cümhuriyyət bayramı ərəfəsində imzalanması gözlənilir.

Bu barədə Modern.az-a Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.

Ə.Nuriyev bildirib ki, Komissiya öz işinə davam edir:

"Müraciətlər gəlməkdədir. Daxil olan müraciətlərə baxılaraq müvafiq rəylər hazırlanır. Güman edirik ki, Cümhuriyyət bayramı ərəfəsində cənab prezident tərəfindən növbəti əfv sərəncamının imzalanmasının şahidi olacağıq”.


Komissiya üzvü deyib ki, budəfəki əfv miqyasına görə geniş olacaq:

"Bildiyiniz kimi, ötən il imzalanan əfv sərəncamında 423 nəfərin adı vardı. Güman edirəm ki, bufədəki sərəncam da miqyaslı ola bilər. Amma indidən dəqiq siyahı və say söyləmək düzgün olmaz. Bu, ölkə rəhbərinin səalhiyyətində olan məsələdir. Və kimlərin əfv olunacağını sərəncam imzalandıqdan sonra bilmək mümükün olacaq”.

Qeyd edək ki, növbəti əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanacağı gözlənilirdi. Komissiyadan Modern.az-a verilən məlumata görə, müraciətlər həddindən çox olduğundan, onların hamısına baxılaraq rəy hazırlanması qısa zamanda mümkün olmayıb.

Xatırladaq ki, respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, işi yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol