• $
  • €
  • ₽
  • ₺
  • £

Professora 160 min “atıblar” - Generalın bacısı oğlu ittiham olunur

Professora 160 min “atıblar” - Generalın bacısı oğlu ittiham olunur
19.03.2018 13:12
Türkiyə və Rusiyada həkimlik fəaliyyəti ilə məşğul olan professor Oktay Rəhimli Bakıda ev almaq istəyərkən dələduzluğa məruz qaldığını iddia edib.
 
Anews.az-ın məlumatına görə, bu barədə "Qafqazinfo”ya müraciət edən O.Rəhimli bildirib ki, 2013-cü ildə "Sahil-D” şirkətinin "Ramstore” yaxınlığında yerləşən binasından mənzil almaq üçün Ramin Nurəliyev adlı şəxsə 159 min 800 dollar ödəyib. Lakin 4 il keçsə də, mənzil ona təhvil verilməyib və araşdırma zamanı məlum olub ki, bu mənzil bir neçə şəxsə satılıb. Buna görə də problemli mənzil kimi məhkəmə predmetinə çevrilib. O.Rəhimli mənzil aldığı R.Nurəliyevin Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, general-mayor Arzu Daşdəmirovun bacısı oğlu olduğunu bildirib və əlavə edib ki, general bacısı oğlunu himayə etdiyi üçün məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərin heç bir nəticəsi olmur.

Həkim deyib ki, bu işdən general A.Daşdəmirovun da əvvəldən məlumatı olub:

"Ötən ilin ortalarında Arzu Daşdəmirov mənimlə əlaqə saxladı və qohumunun pulu ödəyəcəyini bildirdi. Biz noyabr ayında şikayət edəndən sonra isə general mənim vəkilimlə görüşüb və yenə də məsələnin həll olunacağını deyib. Amma heç bir nəticə yoxdur”.

Şikayətçi professorun vəkili İradə Cavadova "Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı ötən ilin noyabr ayında Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edilsə də, heç bir istintaq hərəkəti aparılmayıb: "Martın 16-da Baş Prokurorluqdan bildirdilər ki, mənim ərizəm Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindədir və orada cinayət işi başlanılıb. Lakin bu cinayət işi həmin binanın tikintisini həyata keçirən şirkətlə bağlıdır. Bizim şikayətimiz isə, şirkətə aid deyil, pulu alıb mənimsəyən məhz Ramin Nurəliyevlə bağlıdır”.

İrəli sürülən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol