Telefonlarımız “qaynar xətt” kimi işləyəcək - Amaşov

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar olaraq KİV-in monitorinqi aparılır. Həmin monitorinq beynəlxalq təşkilatların müəyyən etdiyi qayda və prinsiplər əsasında keçirilməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "Seçkilərdə KİV-in rolu” mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, monitorinq zamanı namizədlərlə bağlı məlumatların jurnalistlərin peşə davranış qaydaları ilə nə dərəcədə uyğun olmasına diqqət ediləcək:
"Əvvəlki seçkilərdə olduğu kimi, aprelin 11-i keçiriləcək prezident seçkiləri günündə də Mətbuat Şurasının telefonları "qaynar xətt" kimi fəaliyyət göstərəcək. Ortaya çıxacaq hər hansı məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla əlaqə saxlanılacaq və məsələ aydınlaşdırılacaq".
Ə.Amaşov hazırda 15 qəzet, 10 informasiya agentliyinin monitorinqinin aparıldığını vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























