• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA alimləri nə ixtira edir ki? - Faktlar

AMEA alimləri nə ixtira edir ki? - Faktlar
19.03.2018 17:29
Təkcə 2017-ci il ərzində 35 ixtiraya milli patent verilib.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Müəllif hüquqları və patent şöbəsinin müdiri Sadıx Nəbiyev Hafta.az saytına müsahibəsində "Azərbaycanda alimlər nə ixtira edir ki?” sulına cavab olaraq bildirib.

AMEA-nın şöbə müdirinin sözlərinə görə, 2016-cı ildə Akademiyanın elmi-tədqiqat institutları tərəfindən təqdim edilmiş iddia sənədləri əsasında 57 ixtiraya milli patent verib:

"Təkcə 2017-ci il ərzində 35 ixtiraya milli patent verilib. Bu ixtiralar arasında atom energetikası obyektlərində təhlükəli sahələrdə istifadə edilə bilən radiasiyaya davamlı elastomer material, metal səthlərin korroziyadan nühafizə üsul və vasitələri, müxtəlif təyinatlı müasir sürtkü yağları, xüsusi keyfiyyətlərə malik polimerlər, kənd təsərrüfatı üçün yeni kompleks gübrə və ziyanvericilərlə mübarizə vasitələri və s. xüsusi qeyd olunmalıdır.

Akademiyanın geoloq və kimyaçı alimlərinin birgə əqli məhsulu olan "Membranlı filiz emalı texnologiyası” patentinin tətbiqi hər bir filizin və ya filiz tullantısının geokimyəvi və mineraloji tərkibindən asılı olaraq, münasib membran qrupunu tərtib etməklə ekologiyaya ziyan vurmadan lazım olan komponentləri ayırmağa və saf hala gətirməyə imkan verəcək. Fiziklər alternativ və bərpa olunan enerji mənbələrində iki şinalı hibrid sistemdən istifadə üsulunu hazırlayıblar, hansı ki, bu, günəş, külək və digər alternativ və bərpa olunan mənbələrdən əldə olunan sabit enerjini dəyişən cərəyana çevirmədən daşımaq və istehlakçıya çatdırmaq perspektivləri açır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol