Bu ay Yer kürəsində 3 geomaqnit qasırğası gözlənilir

Bu da meteohəssas insanlara təsirsiz ötüşməyəcək.
Bu il Yer kürəsində 35 geomaqnit qasırğası baş verəcək.
"Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, qasırğalardan biri martın 21-də gözlənilir.
Məlumata görə, sabah baş verəcək kosmik hava hadisəsi zəif olacaq. Lakin martın 22-si və 26-da baş verəcək növbəti qasırğa isə orta səviyyəlidir və bu da meteohəssas insanlara təsirsiz ötüşməyəcək.
Bundan başqa, martın 26-sı və aprelin 6-dan sonra maqnit qasırğaları gözlənilmir.
Alimlərin fikrincə, il ərzində gözlənilən 35 geomaqnit qasırğasından bir neçəsi çox güclü olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























