Gülüşləri bir otağa yayılan uşaqlar... - Reportaj

Uşaqlar dünyanın sevinci, işıqlı gələcəyimizdir. Onların
çöhrəsində təbəssüm görmək, sevinclərinə şahid olmaq hər birimizi ən azı
onlar qədər sevindirir.
Bakcell 7 ildir UAFA Təşkilatı ilə əməkdaşlıq edir. Bu müddət ərzində
mərkəzimizdən 300-ə yaxın uşaq yararlanıb. Onların hər birinə fərdi
yanaşılır”.
İƏR Mərkəzlərinə davamlı dəstək
Kəmalə Əliyeva bildirdi ki, mərkəzə gəlmək üçün uşaqlar arasında yaş
məhdudiyyəti yoxdur: "Dərnəklərimiz ödənişsizdir. Yəni, uşaqların
valideynlərindən heç bir ödəniş alınmır. Bakcell şirkətinin maliyyə
dəstəyi ilə uşaqların dərnəklərdə istifadə etdiyi ləvazimatlarla – dərs
geyimləri ilə, müəllimlər əməkhaqqıyla təmin olunur. Mərkəzə cəlb olunan
uşaqların sayı dəyişir. Bəziləri təhsil almağa yollanır ki, onlar
azyaşlı uşaqlarla əvəzlənir.
Qeyd edək ki, mərkəzdə daim valideynlərlə də təlimlər aparılır.
Mərkəzdə əqli inkişaf geriliyi, autizm və daun sindiromlu olan uşaqlar
reabitasiya keçir.

www.anews.az
Bakcell şirkəti Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Xaçmaz
İcma Əsaslı Reablitasiya Mərkəzi ilə birlikdə xüsusi qayğıya ehtiyacı
olan uşaqlara milli bayramımız olan Novruz ərəfəsində şənlik təşkil
edib.
Şənliklərdə iştirak etmək üçün Xaçmaza yollandıq.
Baharın gəlişi, yazın nəfəsi burada daha artıq hiss olunurdu...
Dərnəklərdən yararlanan 300-ə yaxın uşaq
İlk olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların hazırladığı
müxtəlif əl işləri, rəsmlərlə tanış olduq. Onların hər biri uşaqların
xəyal dünyasını əks etdirirdi.
Xaçmaz İcma Əsaslı Reablitasiya Mərkəzinin koordinatoru Kəmalə Əliyeva
deyir ki, mərkəz 7 ildir fəaliyyət göstərir: "Noyabrdan başlayan layihə
üzrə hazırda iki dərnəkdən 24 uşaq yararlanır. Mərkəzdə müxtəlif
diaqnozlu uşaqlar var. Hansı qrupa uyğundursa, onları həmin qrupa
yönəldirik. Bu mərkəzin ən böyük üstünlüyü ailələrlə birgə işdir.
Valideyn mütləq uaşağının yanında olur. Çünki onlar burada keçilən dərsi
evdə uşaqları ilə davam etdirirlər.
Mərkəzinin koordinatoru deyir ki, əsas məqsəd sosial layihələr həyata
keçirmək və aztəminatlı ailələrə xidmət göstərməkdir: "Onların sosial
həyata adaptasiyasını təşkil etmək, fərdi yaradıcılıq bacarıqlarını
aşkarlamaq, cəmiyyətə inteqrasiya olunmasına kömək eləmək üçün
çalışırıq. Bu müddət ərzində böyük nailiyyətlərə imza ata bilmişik”.
Bakcell şirkəti özünün "Bakcell Stars” proqramı vasitəsilə xüsusi
qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir. Şirkətin PR və
Korporativ Kommunikasiya Departamentinin rəhbəri Süheylə Cəfərova deyir
ki, UAFA-nın Gəncə, Bakı və Xaçmazda yerləşən İcma Əsaslı Reablitasiya
(İƏR) mərkəzlərində indiyə kimi yüzlərlə uşaqla işləyiblər: "Biz bu
mərkəzlərə davamlı dəstək göstəririk. Mərkəzlərdə elə uşaqlar var ki,
biz onları tanıyanda, məsələn, 7 yaşında idilər, indi 14-15
yaşındadırlar. Onların inkişafı bizim gözümüz önündə baş verib.
Bu gün həmin uşaqların davranışlarına, əl qabiliyyətlərinə baxanda
görürük ki, bir çox məsələlərdə digər uşaqlardan geri qalmırlar. Əksinə,
öz istedadlarını üzə çıxarmaq üçün daha çox çalışıb, daha yaxşı
nəticələr əldə ediblər”.
"Yaş məhdudiyyəti yoxdur”
Mərkəzdə rəqs, rəsm dərnəkləri var. İki il kompüter dərnəyi də fəaliyyət göstərib.
Mərkəzdə 18 yaşa qədər uşaqlar dərnəklərdən yararlana bilərlər.
Mərkəzə müraciət edən valideynlərin sayı da günü-gündən artır.
Valideynlər bu barədə kütləvi informasiya vasitələrindən, dərnəklərdə
iştirak edən uşaqların valideynlərindən məlumatlar alırlar. Biz media
ilə mütəmadi əməkdaşlıq edir, onlar vasitəsilə tez-tez məlumatlandırma
və maarifləndirmə işləri aparırıq”.
Həftədə iki dəfə hər dəfəsində 1 saat olmaqla, qrup və fərdi məşğələlər keçilir.
Hər uşağa sevgi ilə yanaşıldığını vurğulayan mərkəzin koordinatoru
deyir ki, uşaqların ailədən uzaq düşməməsinə çalışırlar: "İstəyirik
uşaqlar valideynlərinə böyük problem yaratmasın, ailələr də onları
özlərindən kənarlaşdırmasınlar. Biz həm uşaqlara, həm də ailələrə
psixoloji dəstək veririk. Tez-tez ailə və uşaqlara təlimlər keçirik”.
Kəmalə Əliyeva UAFA təşkilatına bu cür dəstək verdikləri üçün Bakcell
şirkətinə təşəkkür edib: "Şirkət hər zaman bizi dəstəkləyir. Bura gələn
uşaqlar sağlamlığı məhdud olanlardır. Artıq onlar rəsm çəkməyi, rəqs
etməyi öyrənib. Bunlarda Bakcell-in rolu əvəzedilməzdir”.
Həmsöhbətim deyir ki, mərkəzdə 6 yaşadək müddət ilkin reablitasiya
dövrüdür: "Bu yaş çərçivəsində qrup şəklində məşğələlər keçirilir. Daha
sonra onlar dərnəklərə yönləndirilirlər. Həftədə 5 gün səhər saat 9-dan
17.00-dək mərkəz valideyn və uşaqlar üçün açıq olur”.
Rəng duyumları olan uşaqlar
Uşaqlara rəsm çəkməyi öyrədən Ağagül Məmmədovla söhbətdik.
O deyir ki, 7 ildir mərkəzdə uşaqlara rəsm çəkməyi öyrədir:
"Uşaqların gözəl rəng duyumu var. Öz üzərlərində işləyirlər. Çəkdikləri
rəsmi anlaya bilirlər. İstedadlı uşaqlardılar. Bəzən bir rəsmi bir,
bəzən iki dərsdə bitirirlər. Dəfələrlə olub ki, bu uşaqalrın çəkdikləri
şəkillər sərgilərdə satılıb. Məqsədimiz odur ki, onlar özlərini
cəmiyyətdən kənarda tutmasınlar. Həftədə 2 dəfə rəsm dərsi keçilir”.
"Onlarla işləməkdən yorulmuram”
Mərkəzin rəqs müəlliməsi Rəmziyyə Abbasova da
uşaqlardan razıdır. Deyir ki, burdakı uşaqlara müxtəlif rəqslər
öyrədilir: "Milli rəqslərə daha çox üstünlük veririk. Mən onlarla
işləməkdən yorulmuram. Məqsədim onların ünsiyyətcil olmasına kömək
göstərməkdir ki, bir yerə gedəndə sıxılmasınlar. Məsələn, "Nəlbəki”
rəqsində oynayan zaman əllərini hərəkət etdirirlər, göz təmasları var.
Məşqlər zamanı bir-biriləri ilə dostlaşırlar. Qrup şəklində rəqs edən
zaman gülüşləri bütün otağa yayılır. Onlara hind, özbək rəqsləri də
öyrədirəm”.
Rəmziyyə Abbasova qeyd edib ki, uşaqlarla birlikdə əl işləri
hazırlayırlar: "Könüllü şəkildə həftədə iki dəfə uşaqlarla birlikdə əl
işləri düzəldirəm. Onların əl işləri çox gözəldi. Öyrədirəm, toxuyuruq.
Həmin əşyaları uşaqların valideynləri ətraflarında olan adamlara sata
bilirlər”.
"Sanki dünya mənim olur”
Əlinin nənəsi İradə Nurməmmədova deyir ki, nəvəsi
bura təzə gələndə nitqində qüsur varmış: "6 ildir bura gəlirik. Nəvəmdə
irəlləyiş var. Rəqsə gedəndən sonra inkişaf daha çox gözə çarpır. Onun
dərnəklərdə qazandığı bacarıq və nailiyyətləri görəndən sonra sevincimiz
hədsiz oldu”.
Valideyn Sevda Müslümova deyir ki, həkimin məsləhəti
ilə iki uşağını da reabitasiya mərkəzinə gətirir: "Həkim dedi ki,
uşaqlarda özünə qapanma var. Evdən çölə çıxara bilmirdik. Qərar verdim
və reabitasiya mərkəzinə gətirdim. İndi uşaqlarım sözlərini ifadə edə
bilirlər. Onları elə görəndə sanki dünya mənim olur. Bu sevinci bizə
yaşadan təşkilatçılara təşəkkür edirəm”.
Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatında xoş və
yaddaqalan dəyişikliklər yaradan bu layihə çərçivəsində UAFA-nın Gəncə,
Xaçmaz, Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində indiyədək
yüzlərlə uşaq yeni bacarıqlara yiyələnib, bir çox respublika və
beynəlxalq səviyyəli yarışlarda qalib olublar.
Uşaqları sevindirmək gözəldir. Onlar hər bir ölkənin, hər bir xalqın gələcəyidir...


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























