• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Ordumuzun təminatla bağlı heç bir problemi yoxdur

Bu gün Ordumuzun təminatla bağlı heç bir problemi yoxdur
21.03.2018 18:40
Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Novruz bayramı tədbirləri davam edir.

Son günlər keçirilən "Açıq qapı” günləri və digər bayram tədbirlərində iştirak edən minlərlə vətəndaşlarımız, dövlət, qeyri-hökumət və ictimai təşkilatların nümayəndələri, o cümlədən valideynlər hərbi hissələri ziyarət edərkən burada yaradılan sosial-məişət şəraitindən və təminatdan məmnun qalır, razılıqlarını bildirirlər.

Silahlı Qüvvələrimiz dövlətimizin və şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin, ərzaq, əşya, eləcə də digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir.

Bu gün Ordumuzun təminatla bağlı heç bir problemi yoxdur. Hərbi hissələrdə olarkən hər kəs bu istiqamətdə əldə etdiyimiz uğurların şahidi olur. Bunu nəzərə alaraq bildiririk ki, hərbi hissələrə ziyarət təşkil edilərkən əsgər normasından artıq və israfçılığa səbəb olacaq təminat vasitələrinin toplanılmasına və gətirilməsinə ehtiyac yoxdur.

Xalqımızın səmimi münasibəti, mənəvi dəstəyi, hərbi vətənpərvərlik tədbirləri şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin daha da möhkəmlənməsinə yetərlidir. Əsgərlərimizə mənəvi dəstək olan hər kəsə dərin minnətdarlığımızı bildiririk.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol