• $
  • €
  • ₽
  • ₺
  • £

Təcridxanada qətl: Cəfər Mirzəyev kriminal avtoriteti necə boğub öldürüb – Video

Təcridxanada qətl: Cəfər Mirzəyev kriminal avtoriteti necə boğub öldürüb – Video
21.03.2018 21:44
Rusiyanın Vladimir şəhərinin 1 nömrəli istintaq təcridxanasında kamera yoldaşını öldürən Azərbaycan vətəndaşı Cəfər Mirzəyevin işinə baxılır.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, seriya qətllərə görə ömürlük həbsə məhkum edilmiş Mirzəyev bu qətli ötən ilin fevralında törədib. O, kamera yoldaşı, Ryazanadan olan 30 yaşlı kriminal avtoriteti boğaraq qətlə yetirib.

Hadisə baş verərkən Mirzəyev barəsində çıxarılmış hökmdən verilmiş apellyasiya şikayətinin nəticəsini gözləyirdi və bu səbəbdəb təcridxanada saxlanılırdı. Dəfələrlə ağır cinayətlərə görə məhkum edilmiş residivistlə bir kamerada saxlanılan Mirzəyevi daha bir qətl törətməyə kriminal avtoritetin qoyduğu qaydalarla barışmaması vadar edib. Belə ki, avtoritet kamera yoldaşlarından ona adına uyğun hörmət qoymağı tələb edib, onlara o cümlədən güc tətbiq etməklə təsir göstərib. Mirzəyev isə bu vəziyyətlə barışmayıb və istintaqın versiyasına görə o, əvvəlcə kamera yoldaşına qələm, karandaş və lezviya ilə hücum edib. Sonra onu döşəkağı ilə boğaraq öldürüb. Nəticədə törətdiyi qətllərin üstünə daha birini artırıb.

Mirzəyev özü azərbaycanlılardan ibarət olan və Azad Məmmədovun liderlik etdiyi "qara rieltorlar” bandasının fəal üzvü olub. Bu banda üzvləri yaşlı insanları qətlə yetirərək onların evlərini ələ keçirməklə məşğul idi. Banda üzvləri 2013-cü ildə tutulub və 2016-cı ildə onlara hökm çıxarılıb. Mirzəyevin azı dörd qətldə iştirak etdiyi təsdiqlənib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol