• $
  • €
  • ₽
  • ₺
  • £

Bu prosedurlar bu gün başa çatır

Bu prosedurlar bu gün başa çatır
22.03.2018 10:00
Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində qeydə alınmış namizədlərin siyahısının dərc edilməsi müddəti bu gün başa çatır.

Trend-in məlumatına görə, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, qeydə alınmış namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 20 gün qalanadək, yəni martın 22-dək dərc edilməlidir.

Həmçinin martın 22-də hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi proseduru başa çatır.

Seçkilərdə "Exit-poll" keçirmək niyyətində olan təşkilatlar da akkreditasiya üçün sənədlərini martın 22-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Bundan əlavə, səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi martın 22-də yekunlaşır.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol