• $
  • €
  • ₽
  • ₺
  • £

“Respublikanski” xəstəxanada rüşvət olayı: “10 azdır, 15 ver”- VİDEO

“Respublikanski” xəstəxanada rüşvət olayı: “10 azdır, 15 ver”- VİDEO
22.03.2018 10:34
Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi sahələrdən biri də səhiyyə sistemidir. Ölkə səhiyyəsi "rüşvət və özbaşınalıq epidemiyası”ndan qurtula bilmir. 

Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı çoxdan funksionallığını itirib. Ölkənin istənilən dövlət tibb müəssisəsinə ayağını bas, qapıdan liftə, liftdən həkim otağına, həkimdən sıravi təmizlik xidmətçisinə qədər pul tələb edirlər.

Bu rüşvət piramidasının ən bariz nümunəsi isə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası ilə bağlı apardığımız araşdırmada üzə çıxdı. Klinik xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir. Yazılan tənqidlər isə nəticəsiz qalıb, ölkənin ən böyük tibb müəssisələrindən biri rüşvət yuvası kimi fəaliyyətini davam etdirir. Reanimasiya otağında xəstəyə yaxşı nəzarət olunmağın yolu var; həkimə gündəlik azı 20 manat verməlisən. Tibb bacıları da şəbəkəyə daxildir. Onlara da 5-10, sanitara 3-4 manat verilməlidir. Kim zobdan müayinə olunmaq istəyirsə, 20 manat ödəməlidir. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gəlir.

Bundan başqa burada qanın ümumi analizi 10 manatdır. Qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 10, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir. Deyirlər ki, döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır. Doğum şöbəsinin təyin etdiyi qiymət cədvəli isə vətəndaşlarda sancılanma yaradır. Azerinfo.tv Ginekoloji şöbədə, həkim Balakişeyeva Vəfanın xəstədən necə pul almasını sübut edən videosüjeti təqdim edir. Maraqlıdır, "10 manat azdır, 15 manat” ver deyən həkimə, ümumiyyətlə, bu xəstəxanada baş verənlərə Səhiyyə Nazirliyi necə qiymət verəcək?


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol