• $
  • €
  • ₽
  • ₺
  • £

Meriyanın avtobusları təhlükə yaradır?

Meriyanın avtobusları təhlükə yaradır?
27.03.2018 16:15
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində yaradılan "Sumqayıt Nəqliyyat” MMC-nin xəttə buraxdığı avtomobillər təhlükə yaradır, istifadəyə yararsızdır.

Bu barədə Axar.az-a Sumqayıt sakinləri etdikləri müraciətlərində bildiriblər. Şikayətçilərin sözlərinə görə, Sumqayıtda şəhər daxili fəaliyyət göstərən iritutumlu avtobuslar standartlara cavab versə də, Sumqayıt Avtovağzalından Bakıya, Sədərək və Binə Ticarət Mərkəzlərinə işləyən avtobuslar yararlı deyil. Xüsusilə 509 saylı marşrut avtobusları sərnişinlərin həyatı üçün təhlükə mənbəyi olaraq qalır.

Sumqayıt sakinlərinin sözlərinə görə, adıçəkilən xətt üzrə hərəkət edən avtobusların hamısına daha çox sərnişin yığa bilmək üçün əlavə oturacaqlar yerləşdirilib:

"Bu xətt üzrə hər gün yüzlərlə avtobus işləyir və onların əksəriyyətinin salonunda konstruksiya dəyişikliyi edilib: ortaya əlavə oturacaqlar quraşdırılıb və ya oturacaqlar sıxlaşdırılıb ki, daha çox adam mindirmək olsun. Avtobusda bir qayda olaraq nəzərdə tutulduğundan çox insan daşınır”.

Sakinlər bildirib ki, bu tip avtobuslar qeyri-qanuni işləmir, avtovağzaldan da tam qanuni şəkildə icazə ilə reysə çıxır. Lakin xəttə buraxılan zaman ya təhlükəsizlik qaydaları yoxlanılmır, ya da görməzlikdən gəlinir.

Sumqayıt Nəqliyyat MMC-nin direktoru Xannı Rüstəmov Axar.az-a açıqlamasında bildirib ki, MMC-yə məxsus olan bütün avtobuslar standartlara tam cavab verir. Onun sözlərinə görə, 509 saylı marşrut isə onlara məxsus deyil:

"Bizim avtobuslar Sumqayıtda şəhərdaxili fəaliyyət göstərir. 100 avtobusumuz isə Sumqayıt-Bakı istiqaməti üzrə hərəkət edir. MMC-yə məxsus olan avtobuslarda şikayətçilərin bildirdiyi nöqsanların olması mümkün deyil. Çünki avtobuslarımız yenidir, standartlara cavab verir. 509 saylı marşrut xətti bizim MMC-yə aid deyil”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol