• $
  • €
  • ₽
  • ₺
  • £

Bakida fəaliyyət göstərən taksi xidmətində erməni təxribatı - FOTO

Bakida fəaliyyət göstərən taksi xidmətində erməni təxribatı - FOTO
27.03.2018 22:21
Azərbaycana qarşı müxtəlif məsələlərdə təxribata yol verilməsinə dair çoxsaylı faktların şahidiyik. Bu çərçivədə Azərbaycan sərhədlərinin təhrif olunduğu xəritələr, milli-mədəni nümunələrin başqa xalqların adına çıxılması və s. hallarla dəfələrlə qarşılaşmışıq.

Bu günlərdə isə daha bir təxribat gözdən qaçmayıb.

Yenicag.az xəbər verir ki, Bakıda fəaliyyət göstərən 9111 taksi xidmətinin naviqasiya sistemində paytaxt küçələrindən biri "Artsax" kimi qeyd olunub. Həmin ərazisi isə əslində, metronun "Ulduz" stansiyasının yaxınlığıdır.


Görəsən, bu hal necə baş verib? Sözsüz ki, məsələni aydınlaşdırmaq üçün mütəxəssis rəyinə ehtiyac var. Bu səbəbdən "Total İT" şirkətinin rəhbəri Ruslan Haqverdiyevlə əlaqə saxladıq. Saytımıza açıqlama verən İT mütəxəssisi məsələyə belə aydınlıq gətirdi:

"Bakıda taksi xidməti göstərən şirkətlər əsasən, yerli naviqasiyalardan istifadə edirlər. Sistemin özü isə Rusiyanındır. Amma qonşu ölkə bizim xəritəni hazırlamır. Azərbaycanda 5-6 xəritə hazırlayan şirkət var. Düzü, 9111 taksi xidmətinin hansı xəritədən istifadə etdiyini bilmirəm. Bu gün Bakının xəritəsini hazırlayan onlarla şirkət var ki, bunlar beynəlxalq və lokallardır. Lokal şirkətlərin xəritəsində qeyd etdiyiniz problem ola bilməz. Bunların böyük bir hissəsi gah "Caspian Navtel"in xəritəsinə gedib çıxır, gah da başqasının. Sadəcə, taksi xidməti göstərən şirkətlər ucuz xəritələrə qaçırlar. Bunlar beynəlxalq "Google", "Yandex"in xəritələridir. Bu tip xəritələr də əhaliyə açıqdır. İnsanlar həmin xəritələrə daxil olub, məlumat yerləşdirə bilirlər. Qarşı tərəf onun düzlüyünə inanarsa, bunu qəbul edir. Məlumat yerləşdirən şəxs minlərlə nöqtəni qeyd edir və bununla da özünə qarşı inam yaradır. Ola bilər ki, Rusiyada yaşayan hansısa erməni daima nöqtələri düzgün təyin edir və bir dəfə də fürsətdən yararlanır. Onsuz da bu kimi hallara dəfələrlə rast gəlmişik. Məsələ burasındadır ki, lokal xəritələr çox bahadır. Sistemin qiyməti isə yüzminlərlə ölçülür".
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol