• $
  • €
  • ₽
  • ₺
  • £

Qapalı yerlərdə siqaret çəkmə qadağası aradan qaldırılıb?

Qapalı yerlərdə siqaret çəkmə qadağası aradan qaldırılıb?
29.05.2020 11:46
Ölkə ərazisində qapalı məkanlarda tütün məmulatları ilə bağlı qadağa qüvvəyə minsədə, ancaq bəzi obyektlər buna məhəl qoymur.

Qaynarinfo ARB TV-yə istinadən xəbər verir ki, bir çox yerlərdə qadağanı bildirən elan lövhələri vurulsada obyekt sahibi müştərinin rahatlığı üçün icazəni verir. İnzibati xəta növü kimi qiymətləndirilsə də cəmiyyətdə bu qadağaların mövcudluğuna rast gəlinmir.

Bəziləri kimin cərimələyəcəyindən xəbərsizdi, kimisi də obyekt sahibi icazə verir deyib çəkir.

Sakin: Toya getdiyimiz zaman yazıb-yapısdırılmağına rəğmən nə toy sahibi, nə də qonaqlar buna məhəl qoymur.

Sakin: Kafelərə gedəndə qadağalar görürük amma yenə də çəkməyə icazə verirlər. Bir söz demirlər, gedib oturan kimi qabağımıza külqabını qoyurlar.

Ancaq bir məsələ də var ki, inzibati xətalar məcəlləsində obyekt sahiblərinə yalnız siqaretdən qadağa haqqında lövhhənin olmamasına görə cərimə yazıla bilər. Deməli qanunun işləmə mexanizimində müəyyən boşluqlar mövcuddur.

Tahir Əlirzayev - Hüquqşünas: "Qanunvericilikdə elə olmalı idi ki, restoran və kafe sahibləri özləri müştərilərin siqaret çəkmələrinə icazə verməsin. Müştəri siqaret çəkdiyi təqdirdə restoran və ya kafe sahibi izibati məhsuliyyətə cəlb edilməlidir”.

Artıq bu iş Fövqəladə Hallar və Daxili İşlər Nazirliyinə tapşırılıb. Bu iki strukturun əməkdaşları tərəfindən keçirilən reyd zamanı vətəndaş təyin olunmamış yerdə tütün məmulatlarında istifadə edərsə, Daxili İşlər Nazirliyinin yaxud da Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qanun çərçivəsində həmin şəxsi cərimələyə bilər.

Fazil Mustafa - Millət vəkili: "Bu qadağa hər zaman cərimə növü kimi tətbiq olunmamalıdır. Bir növ vətəndaşlara xəbərdarlıq olunması vacibdir”.

Xatırladaq ki, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat bəbləğində cərimə edilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol