• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobusda gənc oğlan qadınları döydü - VIDEO

Avtobusda gənc oğlan qadınları döydü - VIDEO
29.03.2018 11:05
Dünən axşam saatlarında 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident baş verib. 

"Qafqazinfo” xəbər verir ki, avtobusda gənc oğlan qadınlara qarşı ağır ifadələr işlətməklə bir neçə qadını döyüb. Kadrlardan görünür ki, sərnişin axınının çox olduğu saat 18 radələrində avtobusda ayaq üstə çətinliklə dayanan qadın qarşısındakı oturacaqda əyləşmiş gənc oğlandan bir qədər səliqəli oturmasını xahiş edir. 

Bu zaman həmin şəxs qadına kobud şəkildə cavab verir və nalayiq ifadələr işlətməyə başlayır. Daha sonra qadının iradlarına aqressiv reaksiya göstərən oğlan hücum edərək ona yumruqla zərbə endirir. 

İnsdent zamanı gəncə irad bildirən yaşlı qadın və 2 qoca kişi də onun hücumuna məruz qalır. Yaşlı-qadın demədən hər kəsə əl qaldıran və ictimai nəqliyyatda özünü nalayiq formada aparan gənclə bağlı dərhal polisə müraciət edilib. 

Həmin şəxs avtobusa daxil olan polis əməkdaşları tərəfindən bölməyə aparılıb və faktla bağlı zəruri araşdırmalara başlanılıb.

"Xaliq Faiqoğlu” şirkətinin mərkəzi müşahidə şöbəsinin əməkdaşları tərəfindən 10 TH 318 dövlət qeydiyyat nişanlı avtobusda gənc oğlanın orta yaşlı qadına hücum etməsi videosu da hüquq mühafizə orqanlarına təqdim olunub. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol