• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta viskilər hazırlayan sex aşkarlandı

Saxta viskilər hazırlayan sex aşkarlandı
29.03.2018 16:00
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində xarici dövlətlərdə istehsal olunaraq Azərbaycana idxal edilən spirtli içkilərin ölkə daxilində saxta nümunələrini eyni adlar altında qanunsuz olaraq hazırlayan Bakı şəhər sakini Cabir Həsənov və qohumu Dadaş Həsənov saxlanılıblar.
 
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, saxlanılan şəxslərə məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli anbara və sexə baxış zamanı külli miqdarda saxta "Stoliçnaya”, "Absolut” araqları, "Jack Daniels” və "Chivas regal” viskiləri, bu içkilərin hazırlanmasında istifadə edilən mənşəyi məlum olmayan spirt, külli miqdarda aksiz markalar, etiketlər, qapaqlar və digər avadanlıqlar aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, qanunsuz yolla hazırladıqları saxta spirtli içkilərin Bakı şəhəri və respublikanın rayonlarında satışını təşkil etmək istəyiblər. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində onların bu niyyətlərinin qarşısı alınıb.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan spirtli içkilər keyfiyyətsiz, istifadəyə tam yararsız və ən əsası insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol