• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kişilərin sinəsi kiçildiləcək

Azərbaycanda kişilərin sinəsi kiçildiləcək
30.03.2018 16:57
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılıb.

Bu barədə anews.az-a ATU-dan məlumat verilib.

Məlumatda bildirilib ki, klinikanın III cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, Tədris Cərrahiyyə Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin müdiri Mirsaleh Abdullayev bildirib ki, şöbədə estetik və rekonstruktiv cərrahi əməliyyatlar həyata keçirilir.

Şöbə müdiri qeyd edib ki, son illər ölkədə plastik cərrahiyyəyə tələbat artıb:

"Orta yaş və bir az artıq yaşlı xanımlarımız üzgərmə və göz ətrafında olan əməliyyatlara üstünlük verirlər. Gənc xanımlar isə əməliyyat yolu ilə süd vəzilərini böyüdürlər.

Həmçinin bir neçə doğuş keçirmiş qadınlar abdominoplastikalar üçün müraciət edirlər. Orta çəkili qadınlar döş kiçildilməsi, arıqladıqdan sonra qol ətrafında sallaqlıq kimi şikayətlərlə klinikaya üz tuturlar.

Bu tip əməliyyatları çox icra edirik. Plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin xidmətlərindən təkcə qadınlar deyil, kişilər də faydalanırlar”.



"Blefaroplastika, yəni gözaltı torbaların aradan qaldırılması kişiləri daha çox narahat edən problemlərdəndir. Həmçinin liposaksiya - qarın yağlarının ləğvi üçün müraciət edənlər də var.

Bundan başqa, ginekomastiya - döşlərin həddindən artıq böyük olması səbəbi ilə klinikamıza gəlirlər. Belə kişilərdə cərrahi yolla döşlər kiçildilir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol