• $
  • €
  • ₽
  • ₺
  • £

Salyanda ceyran ovunda silahlı qarşıdurma - Məmur vuruldu

Salyanda ceyran ovunda silahlı qarşıdurma - Məmur vuruldu
31.03.2018 23:51
Salyan rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub. 


Report xəbər verir ki, hadisə martın 30-da  axşam saatlarında Şirvan Milli Parkı ərazisində qeydə alınıb. 


Belə ki, Hacıqabul rayon sakinləri - 30 yaşlı Elvin Tərxan oğlu İsrafilov və 35 yaşlı Rahil Heybət oğlu Ağayev ceyran ovlamaq məqsədilə qanunsuz olaraq Şirvan Milli Parkına daxil olublar. Bundan xəbər tutan parkın əməkdaşları brokonyerləri yaxalamaq istəyən zaman Rahil Ağayev əlindəki silahla qoruğun əməkdaşlarına atəş açıb. Nəticədə parkın sahə müfəttişi, Bakı şəhər sakini, 57 yaşlı İltifat Şirəli oğlu Xalıqovqarın boşluğundan ağır olmayan güllə yarası alıb. Buna baxmayaraq, hadisə yerinə gələn Salyan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə əvvəlcə Elvin İsrafilov, sonra isə Rahil Ağayev zərərsizləşdirlib. Baxış zamanı onlardan 1 baş ceyran, 1 ədəd bıçaq, işıqlandırıcı (pojektor) maddi sübut kimi götürülərək şöbəyə gətirilib.


Hadisə yerinə gəlmiş təcili yardım stansiyasının həkimləri tərəfindən yüngül yara almış İltifat Xalıqova ilk tibbi yardım göstərilib və qarın nahiyəsindən güllənin qırması çıxarılaraq ambulator müalicəyə buraxılıb.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol