• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlərə “küçük” deyən direktor cəzalandırılacaq?

Jurnalistlərə “küçük” deyən direktor cəzalandırılacaq?
02.04.2018 09:24
Ötən həftə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun  modern.az saytının jurnalistini təhqir etməsi və ümumilikdə jurnalistlər haqqında aşağılayıcı ifadələr işlətməsi ölkə gündəmində geniş müzakirə mövzusu oldu. Qeyd edək ki, jurnalist  küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı barədə sual ünvanlayıb, AMEA-nın alimi isə əvəzində "Azərbaycanda bir dənə də olsun jurnalistin olmadığını” söyləyib, onları "bezdarnı”, "savadsız”, "heç nəyə yaramayan” adlandırıb.

"Qafqazinfo” xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov da məsələyə mövqeyini açıqlayaraq, alimin davranışını biabırçılıq adlandırıb: "Kütləvi informasiya vasitələrində Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri təhqir etməsinə dair məlumatlar yayılıb. Mən şəxsən hadisənin təfərrüratları, necə və hansı şəraitdə baş verməsinə dair dəqiq bilgiyə malik deyiləm. Ancaq hər bir halda hesab edirəm ki, yazılanlar doğrudursa, yəni peşə fəaliyyətini yerinə yetirən jurnalist Ramiz Məmmədova hansısa məsələ ilə əlaqədar fikir öyrənmək üçün müraciət edibsə, qarşılığında söyüş və təhqir eşidibsə, bu, bir elm adamı üçün qətiyyən yolverilməzdir, qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir”.

Əflatun Amaşov  Milli Elmlər Akademiyasının rəhbərliyinin bununla bağlı ciddi ölçü götürəcəyinə əmin olduğunu bildirib.

"Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı mövzu ilə bağlı "Yeni Müsavat”a açıqlamasında son zamanlarda jurnalistlərin tez-tez təhqir olunduğunu vurğulayıb: "Təəssüf ki, son zamanlarda belə hallara tez-tez rast gəlirik. Bu, yaxşı nəticə deyil və səbəblərini araşdırmalıyıq. Niyə bu günə qədər jurnalistlər haqqında təhqiramiz ifadələr işlədilmirdi, amma indi hətta AMEA-nın Coğrafiya İnstitutunun direktoru belə ifadələr səsləndirir? Belə bir atalar sözü var, ”Qurunun oduna yaş da yanır".

E.Şıxlıya görə savadlı, normal jurnalistlərlə yanaşı, mediada savadsız əməkdaşlar da var: "Onlar peşəkar, peşəsini sevən, savadlı insanların da adını batırır. Söhbət əslində bundan gedir. Görünür, Coğrafiya İnstitutunun direktorunun da bəxtinə jurnalist peşəsinə aid olmayanlarla münasibət qurmaq nəsib olub.
Lakin eyni zamanda alim nə olursa olsun, öz ifadələrinə diqqət etməlidir. Əgər nədənsə narazıdırsa, çox mədəni şəkildə öz fikrini ifadə edə bilər. Hazırda jurnalistlərin də bəzi alimlərin savadlı olmasına şübhəsi var. Çünki indi pulun hesabına dissertasiyalar yazılır. Ərizə yazanda 5 cümlədə 25 səhv buraxan adamlar indi elmlər doktoru, elmlər namizədi və daha yüksək elmi adlar qazana bilirlər. Ona görə də bizim bəzi alimimiz də, qeyd etdiyimiz savadsız jurnalistimizə taydır".

Elçin Şıxlı adı çəkilən alimin cəzalandırılmasından da söz açıb: "Əgər doğrudan da onun ifadələrində təhqiredici ifadələr varsa, jurnalistlər onu məhkəməyə verə bilər. İlk öncə isə əgər Mətbuat Şurasının sədri Əflatun Amaşov deyibsə ki, həmin alim cəzalandırılmalıdır, o, ilk öncə alimlə görüşüb, söhbət etməlidir”.

Hüquqşünas Vüqar Babayev isə qeyd edib ki, mətbuat vasitələrində kimisə təhqir etmək cinayət məsuliyyəti yaradır: "Bu, xüsusi ittihamlı işdir. Bundan başqa həmin şəxsə qarşı şərəf və ləyaqətin də təhqir olunması ilə bağlı da mülki ittiham qaldırmaq mümkündür. Ümumilikdə əgər jurnalist peşəsinin daşıyıcıları təhqir olunubsa, özünü təhqir olunmuş hesab edən jurnalist də məhkəməyə müraciət edib, bununla bağlı qanuni tədbir görülməsini xahiş edə bilər”.

Qeyd edək ki, CM-nin 147-ci maddəsinə əsasən, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya on altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol