• $
  • €
  • ₽
  • ₺
  • £

Anar Məmmədovun məşhur oteli əlindən çıxdı

Anar Məmmədovun məşhur oteli əlindən çıxdı
02.04.2018 11:05
Qubadakı beşulduzlu "Quba Rixos" oteli rebrendinq edib.

Anews.az Azərtac-a istinadla xəbər verir ki, otel 2018-ci il aprelin 1-dən "Quba Palace" adı ilə fəaliyyətə başlayb.

Hotelin Baş Meneceri Kənan Ağayevin sözlərinə görə, "Quba Palace" yüksək səviyyəli xidməti ilə sektorda uğurlu və peşəkar imicini saxlayaraq yeni brendini daha da məşhurlaşdırmağa çalışacaq.

Otel rəhbərliyi "Rixos” brendinin otelin adından çıxarılmasının yeni çağırışlarla əlaqəli olduğunu bildirib:

"Rixos” brendi regionu tərk etmək haqqında qərarını açıqlayaraq rəsmən həm Azərbaycan, həm də Gürcüstan bazarından çıxır. Nəticə etibarilə aprel ayından Azərbaycandakı "Quba Rixos" oteli "Quba Palace", Gürcüstandakı "Rixos Borjomi" isə "Borjomi Likani" adını daşıyacaqlar. Biz daha çox turist cəlb etmək, otelimizin böyük potensial və imkanlarından səmərəli şəkildə istifadə etmək istəyirik. Əminik ki, yaxın bir müddətdə Quba Palace bazarda daha güclü bir brend kimi tanınacaq", - deyə Kənan Ağayev bildirib.

Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf meydançasına malik "Quba Palace" (keçmiş "Rixos”) otel kompleksi 2013-cü ildə istifadəyə verilib. Otelin əvvəllər iş adamı Anar Məmmədova məxsus olduğu bildirilirdi.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol