• $
  • €
  • ₽
  • ₺
  • £

Medianı söyən akademiklə bağlı – Müraciət

Medianı söyən akademiklə bağlı – Müraciət
02.04.2018 13:00
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri təhqir etməsi mediada və sosial şəbəkələrdə böyük etirazla qarşılanıb.

Axar.az xəbər verir ki, onun "Bayaq "küçük” sözü dedim ha, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər” deməsi media nümayəndələrini haqlı olaraq hiddətləndirib.

Təhqirin ünvanlandığı Modern.az saytı sözügedən xoşagəlməz olaya görə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadəyə müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli Akif Əlizadə!

Sizin Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri təhqir etməsindən xəbəriniz varmı?

Mütləq xəbəriniz var. Çünki əməkdaşınız bu "qəhrəmanlığı” ilə az qala ölkə gündəmini zəbt etdi.

Ancaq tabeliyinizdə olan institut direktorunun yaratdığı bu biabırçı olaya münasibət sərgiləməməyiniz bizim üçün o biabırçılıqdan daha məyusedicidir.

Doğrudanmı, Akademiyada bu kimi məsələlər adi haldır? Doğrudanmı, bir ölkənin jurnalistlərini təhqir edən institut direktoruna "gözün üstündə qaşın var” deyilmir? Doğrudanmı, bu böyüklükdə biabırçılığın qaşılığında Siz tərəfdən heç olmasa kiçicik bir üzrxahlıq yoxdur?

Doğrudanmı, jurnalistlər sizin nəzərinizdə o direktorunuzun dediklərinə layiqdirlər?

Münasibət bildirməməniz bizdə Akademiya barədə əsaslı olaraq mənfi fikirlər yaradır.

Bu gün Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun bu təhqirlərinə görə məhkəməyə müraciət edəcəyik. Direktorunuzun səs yazısını da məhkəməyə verəcəyik.

Sonrakı proseslər barədə də Sizlərə elə bu məkanda məlumat verəcəyik”.

Xatırladaq ki, professor R.Məmmədov ondan hava şəraiti ilə bağlı məlumat almaq istəyən jurnalistə açıqlama vermək əvəzinə, ölkə mediasında çalışan jurnalistləri təhqir edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol