• $
  • €
  • ₽
  • ₺
  • £

Gədəbəy RİH şəhid ailəsi adından prezidenti necə aldadır? - FOTOLAR

Gədəbəy RİH şəhid ailəsi adından prezidenti necə aldadır? -  FOTOLAR
02.04.2018 21:10

 

Gədəbəy rayon Arıqıran kənd sakini və şəhid ailəsi Allahverdiyeva Sədaqətin ikinci müraciətini dərc edirik.  
Sədaqət xanımın dediyinə görə, qızının evinin yanmasında başına gətirilən müsibətlər sonra bir daha Gədəbəy rayon icra hakimiyyəti saxtakarlığa əl atıb.
"27 noyabr 2017-ci il tarxində qızım Həsənova Pərvanənin evi elektrikdən qısaqapanma nəticəsində yandı.  Keçən dəfə qeyd etdiyim kimi bizə heç bir köməklik edilmədi. Vətəni, xalqı, sizləri, bizləri canı ilə qoruyan şəhid Həsənov Tofiqin ailəsini Gədəbəy rayon icra başçısı qapı arxasında qoydu. Bu edilənlər azmış kimi rayonda haqqımızda mənfi rəy formalaşdırmaq üçün təbliğat aparırlar” – deyə Sədaqət  xanım bildirir.  
Sədaqət Allahverdiyeva xüsusilə onu qeyd edir ki, bu günə kimi prezidentə  5 məktub ünvanlayıb, hamısı kömək və məmur özbaşınalığı haqqındadır. Amma prezidentin rəsmi saytında 13 dekabr 2017-ci il tarixində (evin yanmasından 14 gün sonra) mənim adımdan Gədəbəy rayon icra hakimiyyəti saxta təşəkkürnamə yazıb. Guya biz maddi və mənəvi köməklik üçün təşəkkür etmişik. Halbuki, bizə heç bir köməklik olunmayıb və elə bir məktub yazmamışıq. 
"Yazılan həmin o məktub bizim adımızdan Gədəbəy rayon icra hakimiyyətindən saxtakarlıq edilərək yazılıb və bunu yazmaqla prezidenti öz saxta məlumatları ilə aldadırlar.  Prezident İlham Əliyev hər çıxışında məmurlara xalqa düzgün xidmət etməyi tapşırır. Əfsuslar olsun ki, biz məmur qurban olduq” deyə Allahverdiyeva qeyd edir.

 

 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol