Siyavuş Novruzov: Deputatlar tərif üçün sıraya düzülüblər

Milli Məclisin (MM) aprelin 3-də keçirilən növbəti iclasında sosial şəbəkələrdə Azərbaycan dövlətçiliyi və ölkə hakimiyyəti haqqında gedən müzakirələrə münasibət bildirilib.
Anews.az-ın xəbərinə görə, akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu məsələyə münasibətini bildirib və qeyd edib ki, istər Azərbaycandan kənarda yaşayan bəzi insanların, eləcə də, ölkə daxilində bəzi qüvvələr və şəxslərin anti-Azərbaycan fəaliyyəti yolverilməzdir.
Onun sözlərinə görə, bu insanlar və qüvvələr sosial şəbəklərdə Azərbaycan dövlətinə qarşı, Azərbaycan xalqının nüfuzuna və imicinə xələ gətirən fəaliyyətlə məşğul olurlar.
"Bu insanlar əməlləri yolverilməzdir və pislənilməlidir”, - deyə Z.Səmədzadə bildirib.
MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da bu yöndə sərt fikirlər səsləndirib və həmkarlarını susmamağa, Azərbaycan dövlətinin müdafiəsinə qalxmağa səsləyib.
"Əgər burada tərif müzakirələri olsaydı, o zaman çoxları məndən qabaq düşərdi, sıraya düzülənlərin sayı-hesabı olmazdı. Niyə susursunuz, niyə cavab vermirsiniz? Dövlətə, orduya, millətə müxalifətçilik, düşmənçilik olmaz. Bunları edənlərə cavab verilməlidir”.
MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov öz növbəsində həmkarlarının fikirlərini müdafiə edib:
"Bizə görüşlər zamanı deyirlər ki, niyə onlara cavab vermirsiniz? Onlara hər kəs cavab verməlidir, heç kim susmamalıdır. Bəyənmirsənsə, xoşuna gəlmirsə, tənqid et, irad bildir, amma sən nə haqla ölkəni, millətini, dövləti təhqir, biabır edirsən? Sənə kim bu haqqı verib? Ölkəyə, millətə də qarşı müxalifətçilik, düşmənçilik olarmı? Belələrinə ar olsun deyirəm”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























