• $
  • €
  • ₽
  • ₺
  • £

"Mən də deputat olacam" - Ölən süpürgəçinin 9 yaşlı qızı - VIDEO

"Mən də deputat olacam" - Ölən süpürgəçinin 9 yaşlı qızı - VIDEO
03.04.2018 13:41
Kənardan baxanda ilk baxışdan 9 yaşlı Jalənin heç nəyi dərk etmədiyini düşünürsən. Özü üçün qaçır, hoppanır, tullanırdı… Ancaq heç də belə deyildi. Xalası Tünzalə xanım söhbət əsnasında dedi ki, Jaləni anasının məzarından qoparmaq olmurdu. Pambıq kimi əlləri ilə torpağı cırmaqlayıb, "ana, mən pis övladam. Sən ölmüsən, mən isə burda atılıb-düşürəm”, deyirdi…

Soruşduq: "Jalə, gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən?” Bir qədər düşündükdən sonra "deputat” cavabını verdi. Deyəsən, bu, taleyin ironiyası idi. Amma əmin olun ki, Jalə deputat olsa, Allah uzaq eləsin, bir də iş başında süpürgəçi ölümü qeydə alınsa, o, millət vəkili Musa Quliyev kimi "onu işləməyə nə məcbur edirdi?” sualı ilə çıxış etməyəcək.

Çünki o, çətinliyin nə olduğunu hələ uşaq yaşlarında görüb. Ən azından süpürgəçi qadının alın təri ilə qazandığı halal çörəyi yeyib. Dərslərini də yaxşı oxuyur, dediyini görə, "5+” alır.

Mərhumənin bacısı Tünzalə xanım da süpürgəçidir. Deyir, süpürgəçi həyatı cəhənnəmdir. Təhlükəli iş görmələrinə baxmayaraq, aldıqları maaş 250 manat civarındadır.

Mərhumə Cəmilə Salahovanın böyük qızı Zümrüdün isə 13 yaşı var. Dediyinə görə, atası anasından ayrıldığı vaxtdan indiyədək onlarla maraqlanmayıb. Cəmilə-Tünzalə bacıları kirayədə yaşaya-yaşaya qızlarını böyüdürdülər. Mərhumənin arzusu pul yığıb, heç olmasa birotaqlı da olsa, ev almaqdı. Amma süpürgəçi maaşı ilə bu arzunu reallaşdırmaq ucu-bucağı görünməyən səhrada su axtarmaq kimi bir şey idi…

Tale Cəmilə xanıma son mənzili qismət elədi. Bəs atası yox kimi olan bu uşaqların taleyi necə olacaq? İnanın ki, Milli Məclisdə maaş davası edən deputat Musa Quliyev də bu sualın cavabını bilmir…

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol