Qazaxda avtobus qəzası - Ölən və yaralananlar var

Qazaxda avtobus və minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.
Anews.az APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Qazax-Tbilisi magistral yolunun, Qazax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtobusun "Mercedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Qazax Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























