• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış aparıcı “oğru aləmi” tərəfindən hədələndi

Tanınmış aparıcı “oğru aləmi” tərəfindən hədələndi
04.04.2018 15:00
Əməkdar artist Baloğlan Əşrəfovla tanınmış aparıcı Elçin Əlibəyli arasında qalmaqal getdikcə dərinləşir. Baloğlan Əşrəfovun Yenicag.az-a açıqlaması hədələnən tərəfi dilə gətirib.

Saytımıza bu haqda məlumat verən E.Əlibəyli qorxub-çəkinmədiyini deyib: "Üzeyir bəyə görə başım kəsiləcəksə, qoyun, kəsilsin!”

O, baş verənlərə belə aydınlıq gətirib: "Məsələ əvvəllər aparıcısı olduğum "El içində” verilişində üzakirə olunub və Baloğlan Əşrəfovun dediyi fikir hamı tərəfindən qınandı, mən də tənqid etdim. Verilişdən sonra onun adı ilə bir nəfər Sankt-Peterburq nömrəsi ilə mənə zəng edib ölümlə təhdid etdi. Mən fikir vermədim. Bu gün mövzu tənqid olduğundan mən bu hadisəni nümunə gətirdim”.

E.Əlibəyli bildirib ki, həmin vaxt onu hədələyən şəxs özünü Baloğlan Əşrəfovun adamı kimi qələmə verib: "Müğənninin adından danışdı və dedi ki, "oğru aləmi”ndəndir”.

Aparıcı efirdən sonra əməkdar artistə yaxınlaşmadığını da bəyan edib: "Mən ona yaxınlaşmamışam. O, studiyada söyüşlər yağdırdı və sonra dedi ki, 6 gün komada yatdığı üçün əsəbidir. Mən səbirlə dinlədim və bunun təhdid olduğunu, buna görə məsuliyyət düşdüyünü söylədim”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol