Azad media bağlanmalı, miqrantlar qovulmalıdır

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski özəl sektora qarşı çıxıb.
Axar.az xəbər verir ki, bu fikirlərini o, Rusiya Dövlət Şurasının iclasında səsləndirib.
"Özəl sektor özünü doğrultmadı. O, yalnız özünü zənginləşdirmək istiqamətində irəliləyir. Başqa demokratiya və iqtisadiyyat modeli lazımdır. Geri qayıtmağa ehtiyac yoxdur, yenisini axtarmaq lazımdır. Belə çıxır ki, bizə sanksiyaların tətbiqi və hesabların bloklanması pulların ölkədən çıxarılmaması üçün sərfəlidir.
Biz mətbuatın da azadlığını məhdudlaşdırmalıyıq, əks təqdirdə o, hər şeyi məhv edəcək. Miqrantların sayı həddən artıqdır, biz onları sonra necə qovacağıq? Tramp kimi divar tikməyəcəyik, heç istəsək də buna pulumuz yoxdur”, – deyə o bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























