Əməkdar müəllim vəfat edib

Lənkəran şəhərində Əməkdar müəllim Mirhaşım Talışlı vəfat edib.
Anews.az "Report”a istinadən xəbər verir ki, filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü, ədəbiyyatşünas alim Mirhaşım Talışlı bu gün axşam saatlarında dünyasını dəyişib.
Talışlı Hacı Mirhaşım Mirmurtuza oğlu 1926-cı ildə Lənkəran rayonunda anadan olub. Mirhaşım Talışlı 16 yaşından "Müsafir” imzası ilə yüzlərlə qəzəl, qəsidə, təxmis, təzmin, mürəbbe, mərsiyə, satirik şeir yazıb. Əruz vəzninin mahir bilicisidir, Azərbaycan ədəbiyyatında ilk dəfə əruz vəznində sonet yazıb. "Dedim ki, sözüm qala” şeirlər kitabı, "125 yaşlı məktəb”, "Lənkəran” kitablarının, XIX əsr Lənkəran ədəbi mühiti haqqında elmi əsərin müəllifidir. 2010-cu ildə "Xatirəmdə yaşayanlar” kitabı çap olunub. Talış xanlarından olan Mir Mustafa xan Talişinski onun ulu babası olub.
Allah rəhmət eləsin!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























