• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan səhiyyəsində bir ilk

Azərbaycan səhiyyəsində bir ilk
06.04.2018 10:27
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mürəkkəb cərrahiyyə əməliyyatı uğurla icra olunub. 

Universitetin mətbuat xidmətindən GoldNews.Az-a verilən məlumata görə, ağız boşluğunda və çənəsində şiş olan bir xəstədə şişlə yanaşı, çənənin bir qismi də götürülüb.

Bildirilib ki, çənədən çıxarılan sümüyün əvəzinə isə titandan rekonstruktiv lövhə qoyulub.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Üzçənə Cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudovun sözlərinə görə, xəstədə hələ 4 il qabaq çənəaltı tüpürcək vəzində şiş müşahidə olunub: "Həmin vaxt pasiyentin çənəaltı tüpürcək vəzinin patohistoloji müayinəsi nəticəsində bədxassəli şiş olduğunu aşkarlanıb. Xəstə sonrakı müalicə üçün onkoloji müalicə müəssisəsinə göndərilib, lakin növbəti müayinələrə gəlməyib. Həmin pasiyent 4 ildən sonra yenidən ATU Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Məlum olub ki, bu müddət ərzində xəstə özunu yaxşı hiss edib, heç bir problemi olmayıb. Lakin dekabr ayında xəstə özü bizə müraciət etdi. Bəlli oldu ki, artıq əməliyyat yerində deyil, ağız boşluğunda da törəmə əmələ gəlib. Rentgenoloji və kliniki müayinə nəticəsində aşkarlanıb ki, bu törəmə çənə sümüyünə və dilaltı toxumalara da yayılıb".

M.Davudovun sözlərinə görə, xəstəyə cərrahi müalicə və əməliyyatdan sonra radioterapiya məsləhət görülüb: "Xəstə ətraflı müayinə olundu, əməliyyat planı dəqiqləşdirildi. Əməliyyat planına şişin götürülməsi, çənə sümüyünün seqmentar rezeksiyasiyası, həmin nahiyədə əmələ gələn çənə defektinin rekonstruktiv titan lövhə ilə aradan qaldırılması daxil olundu. Titandan hazırlanan rekonstruktiv lövhələr sırf bu cür çənə konstruksiyaları üçün nəzərdə tutulub. Bu lövhələr vasitəsilə defektin aradan qaldırılması və eyni zamanda yumşaq toxuma defektinin radial önqol sərbəst damar ayaqcıqlı dilimi ilə aradan qaldırılması məsləhət görülür”.

Həkim bildirib ki, bu əməliyyat üçün "radial önqol diliminin” seçilməsi təsadüfi deyil: "Çünki böyü dilim, boyundakı lokal dilim və s. dilimlərlə müqayisədə bu xəstədə ən uyğun variant uzaq bir nahiyədən "sərbəst damar ayaqcıqlı dilim”in götürülməsi olub. Bu mürəkkəb əməliyyat təxminən 6 saat davam edib. Nəticədə çənə sümüyü rezeksiya olunub, şiş götürülüb. Eyni zamanda, boyunda da böyümüş limfa vəziləri olduğu üçün radikal boyun diseksiyası icra edilib. Əməliyyatın ikinci mərhələsində ağız boşluğundakı defekt önqol nahiyəsindən götürülmüş sərbəst ayaqcıqlı dilim vasitəsilə və mikrocərrahi texnikanın köməkliyi ilə damarlara anastomoz qoyularaq bərpa edilib. Bir həftə öncə icra edilən əməliyyatdan sonra xəstənin ümumi vəziyyəti yaxşıdır. Artıq yaraları sağaldığından, xəstə yaxın zamanda evə yazılacaq". 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol