• $
  • €
  • ₽
  • ₺
  • £

Bank rəhbərinə qarşı cinayət işi başlandı

Bank rəhbərinə qarşı cinayət işi başlandı
06.04.2018 14:01
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azər Paşayevin sədrlik etdiyi iclasda şahid qismində lisenziyası ləğv edilən "Zaminbank"ın ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılov ifadə verib. O bildirib ki, Rövşən Heybətov bank vasitəsilə Türkiyəyə pul köçürmək istəyib. Rövşənin bizə 200 min manat borcu vardı: "Dedi ki, evimi satıb, pulu verəcəm. Amma razılaşmadıq. Mən bu barədə Elton Məmmədova da məlumat verdim. Rövşən xaricdə olanda Elton Məmmədova söz verdim ki, onu tapıb, sizin pulu ödəməsinə kömək edəcəm". 

Sonra prokuror vəsatətlə çıxış edərək bildirib ki, istintaqı aparan müstəntiq tərəfindən xaricə pul köçürməsi ilə bağlı "Zaminbank"ın Müşahidə Şurasının sədri Nadir İsmayılova qarşı cinayət işi başlanıb: "Buna görə xahiş edirəm ki, prokurorluğa bu işin nəticəsi ilə bağlı sorğu verilsin. Görək, cinayət işi ayrılandan sonra bunun nəticəsi nə olub?"

Məhkəmə vəsatəti təmin edib və istintaq orqanına N. İsmayılova qarşı açılmış cinayət işinin nəticəsi ilə bağlı sorğu göndəriləcək.

Proses aprelin 13-də davam etdiriləcək.

Qeyd edək ki, idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətov sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovun şikayəti əsasında həbs edilib.

Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək ona qarşı 200 min manat miqdarında dələduzluq əməli törətdiyini bildirib.

Faktla bağlı araşdırma aparılıb, Rövşən Heybətov saxlanılıb. Onun barəsində ötən il noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan onun barəsində ev dustaqlığı ilə bağlı qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Elnur Məmmədov "Best of the Best” promoşn qrupunun prezidenti, həmçinin, K-1 döyüş üzrə beynəlxalq qurumun Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir.
 
//APA

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol