• $
  • €
  • ₽
  • ₺
  • £

Qüdrət Həsənquliyev seçicilərlə görüşdü

Qüdrət Həsənquliyev seçicilərlə görüşdü
06.04.2018 18:53
Dünən Xaçmaz Olimpiya İdman Kompleksinin qapalı zalında prezidentliyə namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev seçicilərlə görüşüb.

Axar.az xəbər verir ki, görüşü giriş sözü ilə açan BAXCP sədrinin müavini, BAXCP-nin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli Qüdrət Həsənquliyevin siyasi partiya sədri və millət vəkili kimi fəaliyyətindən danışıb.

Daha sonra prezidentliyə namizəd Qüdrət Həsənquliyev seçicilərə seçki platformasının əsas istiqamətləri barədə məlumat verib.

BAXCP sədri vətəndaşların seçkilərdə fəal iştirakının demokratik proseslərin inkişafı və vətəndaş mövqeyinin ifadə olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qüdrət Həsənquliyev ölkədə qanunun aliliyinin təmin edilməsi üçün hüquqi islahatların aparılmasının vacibliyini qeyd edib. Prezidentliyə namizəd bildirib ki, bunun üçün ilk növbədə məhkəmələrin və hakimlərin müstəqilliyini təmin etmək, andlı iclasçılar institutunun tətbiqi istiqamətində prinsipial addımlar atmaq lazımdır. Prezidentliyə namizəd seçicilərin etimadını qazanacağı təqdirdə qəbul edəcəyi ilk qərarların məhkəmə-hüquq sistemi ilə bağlı olacağını bildirib:

"Məhkəmə Hüquq Şurasının hakimlərin özünüidarə qurumu kimi yalnız hakimlərdən təşkil olunacaq, istintaq bütün dövlət orqanlarından alınacaq, qarşılığında vahid İstintaq Komitəsi yaradılacaq”.

BAXCP sədri ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün vergi siyasətinin çevikliyinin vacibliyini vurğulayıb və konkret nümunələr gətirib. Prezidentliyə namizəd qeyd edib ki, ölkənin qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi üçün vergilər azaldılmalıdır. Qüdrət Həsənquliyev Neft Fondunun vəsaitlərinin bir hissəsinin yerli kommersiya banklarında saxlanılması və sahibkarlığın inkişafına yönləndirilməsinin ölkənin iqtisadi inkişafı və əhalinin məşğulluğu üçün mühüm əhəmiyyət daşıya biləcəyini bildirib:

"Xidmət sahələrinin, "Azərsu”, "Azəristilik”, "Azərişıq” və "Azərqaz” səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi, mülkiyyətin toxunulmazlığının təmin olunması, yerli özəl bankların inkişafına üstünlük verilməsi, xarici bankların Azərbaycana dəvət olunması, Neft Fondunun vəsaitinin bir hissəsinin yerli banklarda saxlanılması, ölkədə milli və işgüzar sahibkarlar təbəqəsinin formalaşmasına və inkişafına şərait yaradılması, kənd rayonlarında yaradılan istehsal və emal müəssisələrinin 3 il ərzində vergilərdən tam azad edilməsi, növbəti 5 ildə isə eyni tipli müəssisələr üçün ölkə üzrə nəzərdə tutulan vergilərin 50%-dək vergi güzəştlərinin tətbiq olunması, fermerlərə, iş adamlarına əlverişli şərtlərlə və uzunmüddətli kreditalma imkanlarının yaradılması fəaliyyətimizin əsasını təşkil edəcək”.

Qüdrət Həsənquliyev çıxışında Qarabağ probleminin həlli yollarından, ordu quruculuğu prosesindən, vətəndaş cəmiyyəti quruculuğundan və digər məsələlərdən də danışıb.

Görüşün sonunda BAXCP sədri seçicilərin suallarını cavablandırıb.

Xatırladaq ki, Göyçaya səfəri zamanı prezidentliyə namizəd Qüdrət Həsənquliyevi partiyanın baş katibi Yaşar Kələntərli, sədr müavinləri Elçin Mirzəbəyli və Niyaməddin Orduxanlı müşayiət ediblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol