• $
  • €
  • ₽
  • ₺
  • £

Qaradağda faciəli qəza: 4 nəfər faciəvi şəkildə öldü

Qaradağda faciəli qəza: 4 nəfər faciəvi şəkildə öldü
07.04.2018 08:34
Ələt-Astara yolunun Qaradağ rayonu hissəsində 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Elturan Fərəcovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə hadisənin şahidləri ifadə verib.

İttihama görə, hadisə 2017-ci il iyulun 13-də gecə saatlarında baş verib. Rusiyaya gedən "Mercedes” markalı mikroavtobus "Kamaz” markalı qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində "Mercedes”in sərnişinləri - 1993-cü il təvəllüdlü Tuhid Əliyev, 1982-ci il təvəllüdlü Şahid Qəhrəmanov, 1947-ci il təvəllüdlü Ramiz Xudaverdiyev və 1951-ci il təvəllüdlü Azad Abdullayev vəfat ediblər.

Qəza zamanı daha iki nəfər yaralanıb.

Hadisə nəticəsində vəfat edənlər Astara rayonunun Səncərədi kənd sakinləridir. Onlar Dağıstana işləməyə gedirmiş.


Qəzada yalnız "Kamaz”ın sürücüsü ilə mikroavtobusun sürücüsü, Astara rayonun Səncərədi kənd sakini Elturan Fərəcov xəsarət almayıb.

Elturan Fərəcov həmkəndlilərini pul müqabilində Xasavyurt şəhərinə çatdırmalı imiş.

İstintaq araşdırması zamanı qəzanın törədilməsində Elturan Fərəcov təqsirli bilinib. Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydasını pozmaq) maddəsi ilə ittiham elan edilib.

Prosesdə şahid qismində Tahir Səfərov ifadə verib. O, hadisənin baş verəməsindən danışıb.

Proses davam edir.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol