• $
  • €
  • ₽
  • ₺
  • £

Mahmudovun pulları və hesabları

Mahmudovun pulları və hesabları
07.04.2018 08:54
Latviya bankları ABLV Bank ətrafında yaranan qalmaqaldan sonra xarici əmanətçilərə dair tələblərini sərtləşdirməyə başlayıb.

Virtualaz.org xəbər verir ki, ölkənin 5 ən iri bankından biri olan "Rietumu banka” may ayından etibarən 4 mindən yuxarı xarici korporativ müştərinin hesablarını bağlayacağını elan edib. Bu, bankın xarici əmanətçilərinin üçdə ikisindən çoxdur.

Xəbər verildiyi kimi ABŞ-ın Maliyyə Nazirliyinin maliyyə cinayətlərinə qarşı mübarizə Bürosu FinCEN ötən ay Latviyanın ikinci ən iri bankı olan ABLV Bank-a qarşı sanksiyalar tətbiq edib. Sanksiyalara səbəb kimi bankın Azərbaycan, Rusiya və Ukraynadan milyardlarla dollar pulun "yuyulmasını” təşkil etdiyi göstərilib.

Bu sanksiyalar Latviyanın bank sektorunda çaxnaşma yaradıb və tezliklə ABLV Bank öz fəaliyyətini dayandırdığını elan edib. Habelə Avropa İttifaqı Latviya banklarına qarşı tələbləri sərtləşdirərək keçmiş sovet respublikalarından olan korrupsionerlər üçün pulyuma sxemlərinə son qoymağı tələb edib. Azərbaycanın bank çevrələrindəki mənbələrdən məlum olub ki, vaxtilə ABLV Bank-la keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun mütəşəkkil qruplaşması sıx əməkdaşlıq edirdi.

Xəbərlərə görə Latviyanın "Rigensis Bank”ı da xarici müştərilər üçün şərtləri sərtləşdirib. Martın 5-dən etibarən bank xarici müştəri üçün hesabın açılmasına dair təqdim edilmiş sənədləri araşdırmaq üçün 20 min avro haqq tələb edəcək, əgər sənədlər qaydasında olsa müştəri üçün bankda hesabın açılması üçün xidmət haqqı 5 min avro olacaq. Latviyanın qeyri-rezidentlərlə işləyən cəmi 11 bankının öz işini yenidən qurduğu bildirilir. Bu, ölkənin Maliyyə Nazirliyinin tələbləri əsasında baş verir.

Hazırda Latviya banklarına qoyulmuş əmanətlərin 34 faizi xaricilərə məxsusdur. Nazirlik bunun 5 faizə qədər azaldılması tələbini qoyub. Latviyanın maliyyə və kapital bazarları Komissiyasının məlumatın görə ölkə banklarındakı əmanətlərin 7.2 faizi Rusiya vətəndaşlarına və korporativ müştərilərinə məxsusdur. Lakin ekspertlərə görə həmin hesabların sahiblərinin bir çoxu offşorlarda gizlənib. Buna baxmayaraq hesabların rusiyalılara məxsus olduğunu Rusiyadan həmin hesablara nəhəng məbləğlərdə pulların transferi təsdiq edir. Rusiya Mərkəzi Bankının hesablamalarına görə 2006-2017-ci illər ərzində ölkədən Latviya banklarına 14.7 milyard dollar ötürülüb. Bu, İsveçrə banklarından sonra ikinci ən iri pul axınıdır.

Rusiya, Azərbaycan və digər keçmiş sovet respublikalarından olanlar Latviya banklarına ona görə üstünlük verirdilər ki, bu ölkədə liberal bank sistemi mövcuddur. Bank qanunvericiliyin görə Latviya keçmiş sovet məkanının İsveçrəsi hesab edilirdi. Çünki yerli bankirlər daxil olan pulların mənbəyi haqda suallar vermirdilər, nəticədə pulları xaricə daşımaq və şəxsi kapitalını etibarlı şəkildə gizlətmək istəyənlər Latviya banklarına üstünlük verirdi.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol