Leyla və Arzu Əliyeva Dendrologiya İnstitutunda

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda olublar.
Bu barədə Axar.az-a AMEA-dan məlumat verilib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov qonaqlara elmi müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər, aparılan elmi tədqiqat işləri, burada becərilən endemik və dünyanın müxtəlif ölkələrindən gətirilmiş ekzotik bitkilər, elmi nəşrlər və kitablar barədə məlumat verib.
Qonaqlar daha sonra institutun ərazisi ilə tanış olublar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























