• $
  • €
  • ₽
  • ₺
  • £

"Rabitə işi": Məhkəmədən direktorla bağlı qərar

"Rabitə işi": Məhkəmədən direktorla bağlı qərar
09.04.2018 14:13
"Rabitə işi"ndə təqsirləndirilən Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin direktoru Namazəli Məmmədovun barəsində olan məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Axar.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara əsasən, Namazəli Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.

Namazəli Məmmədov Nərimanov rayon Məhkəməsinə müraciət edərək şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan hüdudlarından çıxışına qoyulan qadağanın üç ay müddətinə götürülməsini istəyib.

Lakin məhkəmə onun ərizəsini təmin etməyib.

Həmin qərardan narazı qalan Namazəli Məmmədov apelyasiya şikayəti verib.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin direktoru Namazəli Məmmədov və digərləri 2015-ci ildə həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il və Namazəli Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxslər apelyasiya şikayəti veriblər.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Vidadi Zeynalovun cəzası 4 ilə endirilib. Namazəli Məmmədovun barəsində isə şərti cəza verilərək məhkəmədən azadlığa buraxılıb.

Hazırda Vidadi Zeynalov və digər şəxslər kasasiya şikayəti veriblər. Onların şikayəti araşdırılması üçün Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icratına verilib.

Məhkəmə araşdırması mayın 4-ə təyin edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol