• $
  • €
  • ₽
  • ₺
  • £

MSK sədri seçkilərə müdaxilə cəhdindən danışdı

MSK sədri seçkilərə müdaxilə cəhdindən danışdı
09.04.2018 15:14
Azərbaycanda prezident seçkilərinə müdaxilə cəhdlərinin olmadığını demək sadəlövhlük olardı. 

Anews.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "RİA Novosti”yə müsahibəsində deyib.

M.Pənahov qeyd edib ki, müdaxilə cəhdlərinin olmadığını söyləmək, yumşaq desək, sadəlövhlük kimi çıxardı:

"Böyük təəssüflə təsdiq edirik ki, müdaxilə cəhdləri, arzuları müasir dünyanın reallığına çevrilib”.

MSK sədrinin sözlərinə görə, ötən illərdə belə cəhdlər uğursuzluğa düçar olub, belə ki, onların ciddi amil olan sosial bazası mövcud deyil: 

"Seçkiqabağı kampaniya zamanı ciddi pozuntular qeydə alınmayıb”.

MSK sədri müsahibəsində bildirib ki,  aprelin 11-i keçiriləcək prezident seçkilərində seçicilərin ənənəvi yüksək fəallığı gözlənilir.

M.Pənahov bildirib ki, cəmiyyətdə seçkilərə böyük maraq müşahidə olunur, elektorat arasında maarifləndirmə işi aparılıb. 

O əlavə edib ki, 11 partiya öz nümayəndələrini müşahidəçi kimi qeydiyyata alıb:

"Bütün bunları nəzərə alaraq fikirləşirəm ki, seçici fəallığı yüksək olacaq. Adətən, prezident seçkilərində fəallıq yüksək olur”.

M.Pənahov onu da bildirib ki, MSK 900-ə yaxın beynəlxalq və 60 mindən çox yerli müşahidəçi qeydə alıb.

KİV-lər 21 ölkədən 118 əməkdaşla təmsil olunacaq.

Qeyd edək ki, 2013-cü il prezident seçkilərində 72 faiz, 2008-ci ildə 75 faiz, 2003-cü ildə 62 faiz fəallıq qeydə alınmışdı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol