• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyaya viza almaq qaydaları dəyişdirildi

Almaniyaya viza almaq qaydaları dəyişdirildi
09.04.2018 15:43
Aprelin 10-dan "VisaMetric” şirkəti Almaniyanın Azərbaycandakı səfirliyinin tapşırığı ilə səfər məqsədi Almaniya olan şengen vizaları üçün sənəd qəbulunu həyata keçirəcək. 

A24.Az xəbər verir ki, bu barədə  səfirlikdən məlumat verilib.

Bildirilib ki, viza sənədlərinin qəbulu mərkəzi Nəsimi rayonu, Rəsul Rza küçəsi 75 ünvanında, Qış Parkı binasında yerləşir.

Mərkəz həftənin 1-5-ci günləri saat 08:30-dan 16:00-dək açıq olacaq.

Məlumata görə, qəbul saatlarının artırılması və görüş vaxtı təyin etmək üçün gözləmə vaxtlarının qısaldılması nəticəsində Almaniya səfirliyində şengen vizasına müraciət prosesi asanlaşdırılır. Ərizəçilər həmçinin yeni viza qəbulu mərkəzinin digər xidmətlərindən – biometrik şəkillərin çəkilişi və pasportların kuryer vasitəsilə göndərilməsindən yararlanmaq imkanı əldə edəcəklər. Şengen vizasına müraciət edən ərizəçilər ilk həftələrdə görüş vaxtı təyin etməli olacaqlar. Görüş vaxtını telefonla və ya "VisaMetric” şirkətinin internet səhifəsindən təyin etmək mümkündür.

May ayının ortasından müraciət üçün görüş vaxtı təyin etməyə ehtiyac qalmayacaq. Şengen vizaya müraciətə edilən dəyişiklik milli vizaya – ailə birləşməsi, təhsil və s. şamil olunmur.

Səfirlikdən bildirilib suallar olduğu təqdirdə həftənin 1-5-ci günləri saat 08:30-dan 12:30-dək, eləcə də 13:30-dan 17:00-dək "VisaMetric” şirkətinin telefon mərkəzinə (012) 599 88 12 zəng etmək mümkündür.

Ələvə məlumatı "VisaMetric”in internet səhifəsindən https://www.visametric.com/Azerbaijan/Germany/az eləcə də Almaniya səfirliyinin internet səhifəsindən www.baku.diplo.de əldə etmək mümkündür.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol