• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur gitaraçının apardığı toyda FACİƏ

Məşhur gitaraçının apardığı toyda FACİƏ
28.05.2020 19:39
Gitara ifaçısı Rəhman Məmmədli toyda başına gələn dəhşətli hadisələrdən danışıb.

Yenicag.az-a açıqlama verən sənətçi iştirak etdiyi toyların birində faciə də yaşandığını bildirib:

"İlyarımın söhbətidir, Xaçmazda toyda idim. 15 dəqiqə olardı ki, toy başlamışdı. Bəyin atası məclis iştirakçılarını təbrik etdi. Sonra "mənim havamı çalın” deyib oynadı. Kişi oynadığı yerdə qəfildən yıxıldı. Hay-həşir düşdü, gördülər ki, kişi keçinib. Heç həkimə də çatdıra bilmədilər. Bəlkə də sevindiyindən ürəyi partlamışdı”.

Gitara ifaçısı toyda oynamaq üstündə düşən davalardan da danışıb:

"Toyda davalar daha çox oynamaq üstündə düşür. Rəhmətlik Məmmədbağır Bağırzadə ilə bir toy məclisində idik. Toyun şirin yerində oynamaq üstündə Oğlan evinin adamları ilə qız evinin adamları arasında dava düşdü.  Qan su yerinə axdı. Təsəvvür edin, toya gələnlərin ağ köynəkləri qan rəngində idi. Rəhmətlik xalq artisti də mən də qan içində idik. Çünki kütləvi davada hamı bir-birinə qarışmışdı. Qızın atası elə toydan gəlini götürüb evinə apardı. Bilmədim sonradan barışdılar, ya yox. Gəlinin atası dedi ki, belə bir ailə ilə qohum olmaqdansa, indidən ayrılmaq yaxşıdır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol