• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlılar Çində də səs verirlər

Azərbaycanlılar Çində də səs verirlər
11.04.2018 09:31
Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar Çin Xalq Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da səsverməyə start verilib. Bakı ilə saat fərqinə əsasən, səsvermə prosesi ilk olaraq Pekindəki səfirlikdə yaradılan məntəqə seçki komissiyasında başlayıb.
 
Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub, məntəqə seçki komissiyasının bir neçə dəfə iclası keçirilib.

Azərbaycanın Pekindəki səfirliyində 17 saylı Yasamal üçüncü seçki dairəsinin 37 saylı məntəqəsi yaradılıb. Məntəqə seçki komissiyası konsulluq qeydiyyatında olan vətəndaşlarımızın prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işləri görüb. Belə ki, səsvermədə iştirakla əlaqədar konsulluq qeydiyyatında olan vətəndaşlarımızın elektron poçt ünvanlarına, mobil telefonlarına bildirişlər göndərilib. Bundan başqa, səfirliyin rəsmi internet səhifəsində və həmvətənlərimizin "Wechat” messencer proqramındakı qruplarında elan yerləşdirilib.

Məntəqə seçki komissiyası səsvermə günü müxtəlif səbəblərə görə Pekində qısamüddətli səfərdə olacaq vətəndaşlarımızın da səsverməndə iştirakının təmin olunması üçün işlər görüb.

Xatırladaq ki, xarici ölkələrdəki diplomatik missiyalarımızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların seçki hüququnun təmin olunması üçün xaricdə 41 seçki məntəqəsi yaradılıb. (AzərTAc)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol